Atadan övladlarına həyat dərsi

0
14980
Atadan övladlarına həyat dərsi

 Bir ata iki uşağı ilə gəzməyə çıxır. Uşaqlardan biri yorulur və atasının onu qucağına götürməyini istəyir. Ata da yorulduğunu deyincə, uşaq ağlamağa başlayır. Ata da heç nə demədən ağacdan bir budaq kəsir və bıçaqla düzəldib oğluna verir


- “Al,oğlum,bu sənin atın,min çap.” – deyir. Uşaq sevinərək çubuq ata minir və evə doğru çapır.
Ata gülərək qızına dönür:

- Bax, həyat budur, qızım! Bəzən zehni və fiziki yorğun olacaqsan, onda özünə dəyənəkdən bir at düzəlt və nəşə ilə yoluna davam et. Bu at bir dost, bir mahnı, bir şeir, bir gül, bir körpənin təbəssümü ola bilər. Ətrafına baxıb belə bir atı axtaran hər kəs onu tapa bilər. Yaşamağın nə qədər çətin olduğunu nə qədər çox düşünsən, bir o qədər çətinləşər....

ŞƏRH YAZIN