Bağışlamaq - Özümüzə Yaxşılıqdır!!!

0
11801
Bağışlamaq - Özümüzə Yaxşılıqdır!!!

Bir litsey müəllimi bir gün dərsdə şagirdlərinə belə bir təklif edər: 

"Bir həyat təcrübəsinə qatılmaq istərsinizmi?" 

Şagirdlər çox sevdikləri müəllimlərinin bu təklifini tərəddüdsüz qəbul edərlər. 

O zaman bundan sonra nə desəm edəcəyinizə də söz verin. 

Şagirdlər bunu da edirlər. 
 
"İndi sabahkı tapşırığınıza hazır olun. Sabah hamınız bir plastik torba və beş kilo kartof gətirəcəksiniz!" 

Şagirdlər, bu işdən heç bir şey anlamırlar. Amma ertəsi səhər hamısının sıralarını üzərində kartoflar və torbalar hazırdır. Özünə maraqlı gözlərlə baxan şagirdlərinə belə deyər müəllim: 

"İndi, bu günə qədər bağışlamağı rədd etdiyiniz hər adam üçün bir kartof alın, o adamın adını o kartofun üzərinə yazıb torbanın içinə qoyun."

Bəzi şagirdlər torbalarına üç-beş dənə kartof qoyarkən, bəzilərinin torbası az qala haradasa ağızına qədər dolar. 

Müəllim, özünə "Yaxşı indi nə olacaq?" deyər kimi baxan şagirdlərinə ikinci şərhini edər: 

"Bir həftə boyunca hara gedirsinizsə gedin, bu torbaları yanınızda daşıyacaqsınız. Yatdığınız yataqda, mindiyiniz avtobusda, məktəbdəykən sıranızın üstündə- həmişə yanınızda olacaqlar." 

Aradan bir həftə keçir.

Müəllimləri sinifə girər girməz, deyiləni etmiş olan şagirdlər şikayətə başlayarlar: 

"Müəllimim, bu qədər ağır torbanı hər yerə daşımaq çox çətin." "Müəllimim, kartoflar iy verməyə başladı.” 

"Artıq insanlar qəribə baxırlar mənə." 

"Həm sıxıldıq, həm yorulduq..." 

Müəllim gülümsəyərək şagirdlərinə bu dərsi verər: 

"Görürsünüz ki, bağışlamayaraq əsl özümüzü cəzalandırırıq. Özümüzü ruhumuzda ağır yüklər daşımağa məhkum edirik. Bağışlamağı qarşımızdakı adama bir lütfkarlıq olaraq düşünürük, halbuki bağışlamaq ən başda özümüzə etdiyimiz bir yaxşılıqdır."

ŞƏRH YAZIN