Balaca uşaq əsl nümunədir!

0
5379
Balaca uşaq əsl nümunədir!

 Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördu. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu gorən kişi uşağa dedi:


- Niyə bu balıqları suya atırsan?

Uşaq cavab verdi:

- Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam balıqlar öləcək.

Kişi qışqırdı:

- Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək.

Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:

- Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək.

Sonra balaca balığı dənizə atdı.

ŞƏRH YAZIN