Gözəl cavab

0
13802
Gözəl cavab

İki zəvvar rahib çayda üzən bərə tapırlar. Sahildə qəşəng geyinmiş bir qız dayanıb nə edəcəyini bilmirdi. Çay dərin olduğundan o, gözəl paltarını korlamaq istəmirdi. Rahiblərdən biri çox düşünmədən qızı çiyninə alıb çayı keçirir və onu əks sahildə yerə qoyur.

Rahiblər yollarına davam edirlər. İki saat keçir, ikinci rahib birincini danlamağa başlayır:

- Qadına toxunmağa necə cürət etdin? Onlara yaxınlaşmaq belə andın pozulması deməkdir. Belə böyük bir günahı necə etdin?

Qızı çaydan keçirmiş rahib bir az susub cavab verdi:

- Mən qızı iki saat bundan qabaq çayın sahilinə qoymuşam. Sən niyə onu hələ də daşıyırsan?

 

ŞƏRH YAZIN