Hər Şey Yanaşmanızdan Asılıdır!

0
7960
Hər Şey Yanaşmanızdan Asılıdır!

Fransada ağır işçilərin işləri haqqında nə düşündükərini araşdırmaq üçün vəzifələndirilən şəxs bir inşaat yerinə göndərilir.O,işçiyə yaxınlaşır və soruşur:
- “Nə işlə məşğulsan?”
- “Nədi, sən korsan?, - deyə işçi əsəblə qışqırır, - bu parçalanması imkansız olan qayaları sadə bir alətlə qırır və müdirin əmr etdiyi kimi bir yerə yığıram.Cəhənnəm istisində qan-tər içində qalıram. Bu,çox ağır bir işdir,ölümdən betərdir.”
Araşdırma aparan şəxs sürətlə oradan uzaqlaşır və çəkinərək ikinci işçiyə eyni sualı verir.İşçi belə cavab verir:
- “Qayaları  memar planına əsasən,uyğun bir şəkildə yerləşdirmək üçün lazımi şəklə gətirməyə çalışıram.Bu,ağır və monoton bir işdir,amma arvadım və uşaqlarım üçün pul qazanmalıyam.Nəticə etibarilə bir işim var və daha da pisi ola bilərdi.”
Biraz cəsarətlənən şəxs üçüncü işçidən də eyni sualı soruşur.
- “Görmürsən?, - əllərini göyə qaldıraraq işçi deyir, - bir kilsə tikirəm.”
Bu hekayənin ən maraqlı tərəfi isə üç işçinin də eyni işi görməsidir.Görməyi seçdiyiniz yol sizdən asılıdır.Bu gün hava buludludur,yoxsa biraz günəşlidir? Güllərin tikanı var,yoxsa tikanlı budaqların gülləri? Bu artıq sIzin yanaşmanızdan asılıdır.Nə görmək istədiyinizə siz qərar verin.

 
Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN