Həyat Və Ölüm

0
16314
Həyat Və Ölüm

Bir nəfər Afrikada gəzərkən birdən görür ki, arxasınca bir aslan qaçır. Sürətlə qaçarkən tam qarşısında bir quyu görür və tez quyuya enir. Ipdən yapışıb quyuya düşərkən aşağı tərəfdə bir ilan görür. İlan sürətlə ona doğru yüksələndə adam nə edəcəyini düşünür: yuxarıda aslan, aşağıda isə ilan. Elə həmin an biri ağ digəri isə qara iki siçan ipi dişləri ilə gəmirməyə başlayır. Bu azmış kimi üzündə sulu nəsə hiss edir. Bir arı adamın üzünə bir damla bal tökər və balın dadı damağında ikən.... oyanır. 

Oh, çox şükür yuxu imiş... deyir. Bu olanları bir seyidə danışır. Yuxumu necə yozursuz? Seyid gülərək, -  anlamadın? - deyər. 
Arxanca qaçan aslan - ölüm mələyidir. Içində ilan olan quyu - sənin məzarındır. Yapışdığın ip - sənin həyatındı. Ağ və qara siçanlar - gecə və gündüzdü sənin həyatını gəmirirlər. Bəs o bal nədir? Dünyanın keçici ləzzətidir. Ölümün arxasında bir hesab olduğunu unutdurar.
 
Hazırladı: Sevinc Məmmədkərimova 
 

ŞƏRH YAZIN