İnamın Qazandırdığı Hədiyyə!

0
12691
İnamın Qazandırdığı Hədiyyə!

Müəllim məktəbin ilk günündə, 5-ci sinifin qarşısında dayanarkən, uşaqlara bir yalan söylədi: Çox müəllim kimi, şagirdlərinə baxdı və hamısını eyni dərəcədə sevdiyini söylədi.

Ancaq bu qeyri-mümkün idi, çünki ön sırada, oturduğu yerdə bir qolu üstə uzanmış adı Mustafa olan bir uşaq var idi.

Mediha müəllim bir il əvvəl Mustafanı izləmişdi və digər uşaqlarla yaxşı oynamadığını, paltarlarının çirkli olduğunu və davamlı olaraq çirkli gəzdiyini müşahidə etmişdi. Əlavə olaraq Mustafa kobud ola bilirdi.

Bu elə bir nöqtəyə gəldi ki, Mediha müəllim onun kağızlarını böyük bir qırmızı qələmlə işarələməkdən, qalın çarpaz xətlər (X) çəkməkdən və kağızın üstünə böyük bir "0" qoymaqdan zövq alar oldu.

Mediha müəllimin məktəbində, hər uşağın keçmiş qeydlərini araşdırması lazım idi. Mustafanın qeydlərini ən sona saxladı.

Ancaq, onun həyatını gözdən keçirdiyində, bir sürpriz ilə qarşılaşdı.

Mustafanın birinci sinif müəllimi belə yazmışdı: "Mustafa gülməyə hazır parlaq bir uşaqdır. Vəzifələrini yığcam və təmiz edir və də çox tərbiyəlidir. Onun ətrafda olması çox əyləncəlidir."

İkinci sinif müəllimi belə yazmışdı: "Mustafa mükəmməl bir şagirddir, sinif yoldaşları tərəfindən çox sevilir, amma anasının ölümcül bir xəstəliyi olduğu üçün çətinlik içindədir və evdəki həyatı mübarizə içində keçir."

Üçüncü sinif müəllimi belə yazmışdı: "Mustafanın anasının ölümü onun üçün çox çətin oldu. Mustafa əlindən gələnin ən yaxşısını etməyə çalışır, amma atası ona maraq göstərmir və əgər bəzi addımlar atılmazsa evdəki həyatı yaxında ona təsir edəcək."

Mustafanın dördüncü sinif müəllimi belə yazmışdı: "Mustafa içinə qapalıdır və məktəbdə dərslərə o qədər də maraq göstərmir. Çox yoldaşı yoxdur və bəzən sinifdə yatır."

Bunları oxuyunca, Mediha müəllim problemi qavradı və özündən utandı.

Şagirdləri ona gözəl lentlərlə və parlaq kağızlara sarılmış hədiyyələri gətirdiyində belə özünü çox pis hiss edirdi. Mustafanın hədiyyəsini alana qədər bu belə davam etdi. Onun hədiyyəsi bir marketdən aldığı qalın, qəhvəyi qablaşdırma kağızı ilə bacarıqsızca sarılmışdı. Mediha müəllim onu digər hədiyyələrin ortasında açmaqdan acı çəkirdi.

Müəllim paketdə daşlarından bəziləri düşmüş saxta almaz daşlı bir bilərzik və dörddəbiri dolu olan bir ətir şüşəsini çıxartdıqda uşaqlardan bəziləri gülməyə başladı. Amma o bilərziyin nə qədər gözəl olduğunu sevinclə deyəndə uşaqların gülməyi kəsildi. Bilərziyi taxdı və ətiri biləklərinə sürdü.

Mustafa, o gün məktəbdən sonra müəlliminə bunu söyləmək üçün qaldı. "Müəllimim, bu gün eynilə anamın qoxusu gəlir sizdən."

Uşaqlar getdikdən sonra Mediha müəllim ən az bir saat ağladı. O gündən sonra oxuma, yazma və arifmetika öyrətməyi buraxdı. Bunun yerinə, uşaqları öyrətməyə başladı.

Mediha müəllim, Mustafaya xüsusi maraq göstərdi. Onunla çalışarkən, zehini canlanmağa başlayırdı. Onu daha çox təşviq etdikcə, daha sürətli cavab verirdi.

İlin sonuna qədər Mustafa sinifdəki ən ağıllı uşaqlardan biri oldu və bütün uşaqları eyni dərəcədə sevdiyini söyləməsinə baxmayaraq, Mustafa müəllimənin əzizlərindən biri idi.

Bir il sonra, Mediha müəllim qapısının altında Mustafadan bir qeyd tapdı, ona hələ bütün həyatında sahib olduğu ən yaxşı müəllim olduğunu söyləyirdi.

Altı il sonra Mustafadan bir not daha aldı.

Liseyi bitirdiyini, sinfində üçüncü olduğunu və onun hələ həyatındakı ən yaxşı müəllim olduğunu yazmışdı.

Bundan dörd il sonra bəzi zamanlar çətin keçməsinə baxmayaraq məktəbdə qaldığını, stabilliklə işə davam etdiyini və yaxında kollecdən ən yüksək dərəcə ilə məzun olacağını yazan başqa bir məktub aldı. Yenə Mediha müəllimin bütün həyatındakı ən yaxşı və ən favorit müəllim olduğunu yazmışdı.

Sonra dörd il daha keçdi və başqa bir məktub gəldi. Bu dəfə fakültə diplomunu aldıqdan sonra bir az daha irəliləməyə qərar verdiyini açıqlayırdı. Məktubda onun hələ də qarşılaşdığı ən yaxşı və ən favorit müəllim olduğu yazılırdı. Amma indi adı bir az daha uzun idi.

Məktub belə imzalanmışdı:

Prof. Dr. Mustafa Yılmaz
(Tibb Doktoru)

Hekayə burada bitmir.

İllər sonra Mustafadan ən dəyərli müəlliməsinə yenə bir məktub gəldi:

Mustafa bir qızla tanış olduğunu və onunla evlənəcəyini söyləyirdi. Atasının bir neçə həftə əvvəl vəfat etdiyini açıqlayırdı və evlənmə mərasimində Mediha müəllimin kürəkənin anasına ayrılan yerə oturub oturmayacağını soruşurdu.

Şübhəsiz Mediha müəllim bunu qəbul etdi. Və təxmin edin nə oldu?

Daşları düşmüş olan o bilərziyi taxdı. Dahası, Mustafanın anasının ətirindən vurdu.

Bir-birlərini qucaqladılar və Dr. Mustafa, Mediha müəllimin qulağına belə pıçıldadı: 

"Mənə inandığınız üçün təşəkkür edirəm, müəllimim. Mənə əhəmiyyətli olduğumu hiss etdirdiyiniz və bir fərq yarada biləcəyimi göstərdiyiniz üçün çox təşəkkür edirəm "

Mediha müəllim, gözlərində yaşlarla belə dedi:

"Səhv düşüncələrə sahibdim. Bir fərq yarada biləcəyini mənə öyrədən sənsən. Səninlə tanış olana qədər, necə öyrədəcəyimi bilmirdim.."
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN