Müdrikdən Gözəl Həyat Üçün Tövsiyyələr!

0
12165
Müdrikdən Gözəl Həyat Üçün Tövsiyyələr!

Bir müdrikdən soruşurlar: 

“İnsanın hansı hərəkəti sizi daha çox təəccübləndirir?” 

Müdrik bir-bir deməyə başladı:

“Uşaq olmaqdan bezirlər və tez böyümək istəyirlər. Böyüyəndə isə uşaqlılarından ötrü darıxırlar.
 
Pul qazanmaqdan ötrü sağlamlıqlarını itirirlər. Sonra da sağlamlıqlarını bərpa etmək üçün pul verirlər.
 
Sabah haqqında düşünüb bu günü unudurlar. Buna görə də nə bu günü, nə də sabahı dolğun yaşamırlar.

Heç ölməyəcəkmiş kimi yaşayırlar. Lakin heç yaşamamış kimi ölürlər.”

Bu sözlərdən sonra müdrikdən məsləhət almaq üçün soruşdular: 

“Bəs sən nə məsləhət görürsən?”

Müdrik belə cavab verdi:

“Heç kimə özünüzü sevdirməyə çalışmayın. Etməli olduğunuz tək şey özünüz kimi olub seviləcəyinizi düşünməkdir.

Qəhrəmanlıq həyatda ən çox şeyə malik olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır.

Vacib olan nəyə baxdığınız deyil, ona hansı gözlə baxdığınızdır.”

ŞƏRH YAZIN