Polad Fabrikindən Motivasiya Hekayəsi

0
7987
Polad Fabrikindən Motivasiya Hekayəsi

Tanınmış bir iş adamı, bir gün polad emal edən fabrikalarından birini araşdırırdı. Fabrikasından kifayət qədər səmərə almadığını düşünür və bunun səbəbini ustadan soruşur: 

-Usta, sən bacarıqlı birisən. Bəs niyə fabrikadan kifayət qədər səmərə almırıq? 

Usta cavab verir: 

-Müdir, bütün işçilərə göz açdırmadım, çox işlətdim, az işləyənləri isə, işdən çıxarmaqla təhdid etdim. Ancaq, yenə də səmərə almadıq. 

İş adamı fabrikadakı işçilərdən birindən soruşur: 

-Bu gun neçə ton polad emal etmisiniz? 

-On iki iş adamı fabrikanın görünən bir yerinə böyük şəkildə 12 yazaraq çıxıb gedir. Gecə növbəsinin işçiləri gəldiklərində 12 rəqəminin nə anlamda olduğunu soruşurlar. 

Gündüz növbəsinin işçiləri də: 
-Müdir bu gun bizdən neçə ton polad emal etdiyimizi soruşdu, 12 ton deyə cavab verdik. O da bura 12 yazdı və getdi. Səhəri gün iş adamı təkrarən fabrikaya gəlir və yazdığı 12 rəqəmi silinmiş, yerinə 15 yazılmışdı. Gündüz növbəsinin işçiləri gəldiklərində 15 yazısını görürlər. Gecə növbəsinin işçiləri daha yaxşı işləmişdilər. Gecə növbəsinin işçilərindən daha üstün olduqlarını sübut etmək üçün, onlar böyük səylə işləyirlər və 18 yazırlar. Qısa müddətdə fabrikanın məhsuldarlığı o ərazidəki bütün fabrikaları keçir. Necə olduğunu iş adamı belə açıqlayır: 

"Daha məhsuldar olmaq üçün şirkət içində rəqabət hissi oyandırılmalıdır. Məqsəd işçiləri daha çox işləməyə vadar etmək yerinə, bir-birlərinə üstün gəlməyə sövq etməkdir. Üstün gəlmə hissi insanların ruhunu coşdurur. Həyatda uğur qazanan hər insanı xoşbəxt edən, müvəffəqiyyətli olduğu, üstün gəldiyini düşündüyü işlə məşğul olmaqdır. Çünki, bu müvəffəqiyyət ilə özünü ifadə etmək imkanı tapır, özünü dəyərli və üstün hiss edir. Bu səbəblədir ki, bir oturuma yüz ədəd qamburger yemək, əlli stəkan su içmək kimi mənasız yarışmalar aparılır. İnsanları motivasiya edən;üstün gəlmək, dəyərini göstərmək istəyidir. Buna görə də, insanlar üstün gələcəklərini düşündükləri, öz bacarıqlarını ortaya çıxara biləcəkləri işlər üçün sövq edilməlidirlər."
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN