Pulsuz Qəhvənin Hekayəsi...

0
15115
Pulsuz Qəhvənin Hekayəsi...

Günlərin bir günü iki dost kiçik səhər yeməyi kafesində oturmuşdular.

Kafeyə iki nəfər daxil olur və sifarişlərini edirlər:

– 5 qəhvə, zəhmət olmasa. 3-nü bizim üçün, 2-sini isə saxlayın.
 
Bir dost təəccüblənərək deyir:
 
– Saxlanılmış nədir?
 
Yanındakı ona cavab verir:
 
-İndi görərsən.

Kafeyə bir neçə müştəri daha gəlir.  İki qız 2 fincan qəhvə sifariş etdilər və 2 fincan qəhvə pulunu da ödədilər. Üç hüquqşünas 7 fincan qəhvə sifariş etdilər, lakin 3 fincan qəhvə içərək 7 fincanın da pulunu ödədilər. Və kafeyə yaşlı bir kişi daxil olur. Bir az tərəddüd edərək və həyəcanlı səslə o, deyir:
 
– Sizdə saxlanılmış qəhvə var?

Kafenin işçiləri ona pulsuz olaraq bir fincan qəhvə verirlər.

Belə bir xeyriyyəçilik İtaliyada, Neapolda bir kafedə yaranıb.

İnsanlar imkansızların yerinə içkilərə və yeməklərə görə pul ödəyirlər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN