Uçan At.

0
4442
Uçan At.

Fars padişahının əmriylə iki adam ölüm hökmünə məhkum edilir. Padişahın atını çox sevdiyini bilən məhkumlardan biri həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən padişah bu təklifi qəbul edir.Digər məhkum  isə bərəlmiş gözlərlə yoldaşına baxaraq:" Atların uçmadığını məndən yaxşı bilirsən,belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən " .
Birinci məhkum:-Xeyr,mən özümə dörd azadlıq şansı verirəm. 
Birincisi,padişah bu il ölə bilər.İkincisi,mən ölə bilərəm.Üçüncüsü,at ölə bilər.Dördüncüsüü,bəlkə ata uçmağı öyrədə bildim! 

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN