Uğurlu Şirin Sirri Nədədir?

0
27802
Uğurlu Şirin Sirri Nədədir?

Gözəl və günəşli bir gündə şir mağarasının ağzında tənbəl-tənbəl uzanaraq özünü günə verirdi. Bu vaxt oradan keçən tülkü şirə yaxınlaşıb dedi:
Tülkü:“Bilmirsən saat neçədir? Mənim saatım xarab olub.”
Şir:“Mən sənin saatını asanlıqla düzəldə bilərəm.”
Tülkü: “Hmm... Axı onun çox mürəkkəb mexanizmi var,sənin iri pəncələrin olan-qalanını da xarab eləyər.”
Şir:“Yox,yox,ver mənə,mən düzəldəcəyəm.”
Tülkü:“Heç belə gülünc söz eşitməmişdim.Axmaq da bilir ki,sənin kimi iri pəncələri olan tənbəl bir şir saat təmir eləyə bilməz.”
Şir:“Sən saatı mənə ver,görərsən necə təmir eləyirəm.”
Şir mağarasına girir və çox keçməmiş əlində mükəmməl qaydada işləyən saatla geri qayıdır.
Tülkü bu işə məəttəl qalmışdı və şir yenidən özündən razı halda özünü günə verməyə başladı. Bir qədər sonra canavar gəlib şirin yanında dayanır.
Canavar:“Axşam bura gəlib səninlə televizor izləyə bilərəm? Mənim televizorum xarab olub.”
Şir:“Mən sənin televizorunu təmir eləyərəm.”
Canavar:“Yəqin ki,buna inanacağımı düşünmürsən,hə? Sənin kimi iri caynaqlı tənbəl bu cür mürəkkəb işin öhdəsindən gələ bilməz.”
Şir mağaraya girir və bir qədər sonra təmir olunmuş televizor ilə geri qayıdır. 
Şirin sirri: Mağaranın bir küncündə altı-yeddi balaca və ağıllı dovşan çoxsaylı alətlərin arasında oturub canla-başla işləyirdi.Mağaranın digər küncündə isə nəhəng şir üzündə təkəbbürlü təbəssümlə oturmuşdu.

Menecerinizin,rəhbərinizin,bossunuzun nə üçün məşhur və müvəffəqiyyətli olduğunu bilmək istəyirsinizsə,onun tabeliyində çalışanların işinə baxın.

 

Korrektə etdi:Günel İbadova

 

 

ŞƏRH YAZIN