Yalnız Qızım Mənə Qapını Açacaq!

0
13793
Yalnız Qızım Mənə Qapını Açacaq!

Evliliklərinin ilk günü qadın və həyat yoldaşı qapını heç kimsəyə açmamağa qərar verib razılaşdılar. İlk olaraq o günü oğlanın valideyinləri evli cütlüyü görməyə gəldi. Onlar qapının arxasında dayanmışdılar. Qadın və yoldaşı bir-birinə baxdı. Kişi qapını açmaq istədi, amma yoldaşı ilə razılaşdığına görə qapını açmadı. Və beləcə valideyinləri artıq gözləməyib getdilər. Həmin günü gəlinin ailəsi də gəlmişdi. Razılaşmaqlarına baxmayaraq, bir birinə baxdılar. Gəlin göz yaşları içərisində, bunu eləyə bilmərəm deyə pıçıldayıb qapını açdı. Oğlan isə heç bir şey demədi.
İllər sonra 4 oğlan uşağının ardınca 1 qız uşağı dünyaya gəldi. Ata yeni doğulmuş qız uşağı üçün böyük bir ziyafət təşkil eləməyi planladı və bütün tanışlarını dəvət elədi. Sonra o gecə həyat yoldaşı 4 uşağa qonağlıq eləmədiyi halda bu dəfə niyə belə bir ziyafət etmək istədiyini soruşdu. Yoldaşı sadə bir açıqlama verdi: Çünki yalnız qızım mənə qapını açacaq!


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN