Zər Qədrini Zərgər Bilər!

0
16537
Zər Qədrini Zərgər Bilər!

Bir gün müəllim yetişdirdiyi tələbəsinin artıq nə dərəcədə öyrəndiyini yoxlamaq üçün onu sınamaq qərana gəlir beləcə onun əlinə çox amma çox dəyərli olan bir mirvari verir.Əvvəlcə yaxınlıqdakı marketlərə girib buna nə qədər qiymət verdiklərini soruşmasını tapşırdı. Daha sonra isə ən sonda bir zərgər dükanına girib qiymətlə maraqlanmağı, ancaq satmamağı tapşırdı.


Beləcə oğlan yola düşdü. İlk olaraq yaxınıqdakı kiçik dükana girdi. Satıcıya əlindəkinə nə qədər qiymət verdiyini soruşdu. Satıcı isə cavabında " Buna yalnız əlli qəpik pul verərəm. Oda evdəki uşaq oynasın deyə"-söyləyir. Oğlan təəccublənir.Daha sonra başqa bir dükana girib yenidən eyni sualı verir. Adam ise cavabinda " bunu pulsuz versələrdə götürmərəm" -deyir. Oğlan yoluna davam edir. bu dəfə isə bijuteriya dükanına girir və satıcıdan əlindəkinə nə qədər qiymət verəcəyini soruşur. Satıcı isə cavab verir: "Buna 2 manatdan çox pul vemərəm."

Ən son oğlan bir zərgər dükanına girir. Kənarda oturan zərgər oğlanın əlindəkini görüncə yerindən sıçrayıb durur. Tez mirvarini əlinə alıb təəccüblə soruşur: "Bu qədər dəyərli bir şey səndə hardandır? nə qədər isdiyirsən bunun üçün. 10 000, 50 5000, 90 000, milyon nə qədər? bu cür dəyərli parça üçün hər şeyimi verməyə hazıram." 

Eşitdiklərindən daha çox təəccüblənən oğlan satmadığını sadəcə dəyərini öyrənmək istədəyini bildirdi. Lakin zərgərə bu dəyərli mirvarini sata bilməyəcəyini anladana qədər xeyli dil tökdü. Geri qayıdanda müəllimi nə oldugunu soruşur. Tələbə başına gələnləri təəccub və heyrət içərisində müəlliminə danışır. Müəllim bundan nə nəticə çıxardığını soruşduqda isə tələbə heyretlə cavab verir: Fikirlərim çox qarışıqdır. Heç nəyi anlaya bilmirəm.

Müəllim isə gülümsəyərək bele cavab verir: Bir tərəfdə pulsuzda almayanlar ve ya oyuncaq kimi görənlər digər tətəfdə isə onu əldə etmək üçün hər şeyini düşünmədən verənlər....

Bəli övlad, həyatda belədir. İnsanlarda belədir. Unutma! İnsan yalnız ona dəyər verənin yanında dəyərlidir. Ona görədə hər zaman sənə dəyər verənin yanında ol!

ŞƏRH YAZIN