İşçi Məmnuniyyəti Anketi Nə Zaman Uğurlu Alınar?

0
2706
İşçi Məmnuniyyəti Anketi Nə Zaman Uğurlu Alınar?

İşçi məmnuniyyəti anketinə internetdə olan hazır şablon suallar şəklində və insan resursları departamenti tərəfindən hər il eyni bir qayda ilə hazırlanan anket kimi baxmaq şirkətin idarə üsullarına ziddir.Bu proqram anketdən çox sistematik və təşkilati bir geri bildiriş vasitəsindən istifadə edərək işçilərin məmnuniyyət səviyyəsini təyin edən və bunun səbəblərini analiz edən,həlləri planlaşdıran məhsuldarlıq və motivasiya inkişaf layihəsidir.

Şirkətə məxsus suallar:Şirkətləri bir növ canlı bir şəxsiyyət və təşkilatçı varlıq kimi düşünsək anlayarıq ki,hər bir fərdin özünə xas problemlərinin olması son dərəcə təbiidir.Belə bir halda bu cür problemləri aydınlaşdırmaq və həll etmək üçün şablon suallardan çox,şirkətə lazımlı olan sualları soruşaraq mövcud vəziyyəti asanlaşdırmaq olar.İşçi məmnuniyyəti üçün ölçü tətbiqini mümkün qədər şirkətə özünəməxsus və fərq yaradacaq şəkildə uyğunlaşdırmaq lazımdır.

Üçüncü göz: Doğru-düzgün bir analiz üçün daha dolğun suallar vermək lazım gəlir və bu suallara bir cavab tapmaq üçün şirkətə üçüncü bir gözlə və obyektiv şəkildə kənardan baxmaq lazımdır.Ünsiyyət və idarəetmə problemləri,doğru bilinən səhvləri,işçilərin öz fikirlərini normal izah edə bilmədikləri və iş prosesində gözdən qaçan önəmli məqamları vəs. kimi potensial problemləri öncədən proqnozlaşdırıb cavablandırmaları üçün işçilərin öhtəsinə buraxmaq lazımdır. Bütün bu işlər insn resursları layihəsi olaraq planlaşdırılmalı və icra olunmalıdır.

İşçi məmnuniyyəti anketinin nəticələri barədə işçilərə məlumat verilməlidir.

Başqa bir təklif kimi işə başlamazdan öncə daha dəqiq bir ərizə proseduru üzərində çalışmaqla,anket nəticələrinin nə zaman-hansı üsullarla-hansı mövqedə-kimlərlə vəs. paylaşılacağı mövzusu işçilərin də fikirləri nəzərə alınaraq təşkil edilir.

Yaxşılaşdırma layihələri bir sıra xüsusiyyətlərinə və müddətinə görə bir neçə yerə ayrılır:təcili,orta və uzun müdətli təkmilləşdirmə...

Anket nəticələri elan olunduğu zaman bu cür mövzular daha dəqiq və dürüst bir şəkildə,təsirli ünsiyyət vasitəsilə işçilərin nəzərinə çatdırılmalıdır.Nəticə elan olunmazdan öncə layihə rəhbəri ilkin baxış etməlidir,çünki əks halda işçilərdən gələcək olan suallara qaneedici cavablar vermək olduqca çətin və riskli bir iş olaraq qalır.

Nəticələrə baxıldığı zaman konkret yaxşılaşdırma tələb etməyən və heç bir ehtiyac qalmayan hallar da ola bilər.Eyni zamanda məmnuniyyət səviyyəsi aşağı olduqda şirkət siyasəti,büdcə və s. ilə bağlı problem və narazılıqlar da yarana bilər və bütün bu kimi halların qarşısını almaq üçün şirkət işçiləri və rəhbərlik səylə çalışmalıdır.

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN