Mütəxəssisin Uğur Hekayəsi

0
1777
Mütəxəssisin Uğur Hekayəsi

Bu günkü yazımızda öz işində müəyyən qədər təcrübəsi olan müxtəlif yaşlı və fərqli düşüncəli insanlarla tanış olacayıq.

20 yaşındakı bir mütəxəssis:

-Mən işimi çox sevirəm və sanki bu iş üçün yaradılmışam.Bu qədər vaxtı boşunamı oxuduq?Dərhal şirkətimiz üçün yeni bir performans sistemi,karyera planlama sistemi,qiymətləndirmə sistemi və s.qurmalıyam.

25 yaşındakı mütəxəssis:

-Mənim bu şirkətdə nə işim var,mən burada nə edirəm?!

30 yaşındakı mütəxəssis:

-Personalın şikayətlərini dinləməkdən işlərimi normal görə bilmirəm,keçən ay işdən çıxanların arasında çox yaxın dostlarım da var.Müdiri desək,onun da heç vaxt kefi yoxdur.Görəsən,yüksək motivasiya üçün nələr edə bilərəm?Bəlkə bununla əlaqədar nəsə bir sistem yaradım?

35 yaşındakı mütəxəssis:

-Mənim bu şirkətdə nə işim var,mən burada nə edirəm?!

40 yaşındakı mütəxəssis:

-Müdir iclas keçirdiyi zaman ən az söz mənə verilir,ümumi şirkət müdiri ilə ayda bir dəfə yarım saatlıq görüşə bilirəm və bu da hər zaman alınmır.İnsan resurslarına yalnız yeni işə götürdüyüm şəxslər dəyər verir,ancaq zamanla onlar da məni unudur.Görəsən,işə qəbul sistemini daha ətraflı və əhatəli etsəm necə olar?

45 yaşındakı mütəxəssis:

- Mənim bu şirkətdə nə işim var,mən burada nə edirəm?!

50 yaşındakı mütəxəssis:

-Digər müdir yoldaşlarım kimi mən də bu yeni nəsli anlamaqda çətinlik çəkirəm.Yaxşı,biz də yaşlanırıq,amma bunlar da kosmosdan gəlməyib ki?Bəlkə həftə sonu bir oteli bağlatdırıb, vaxtımızı rəhbərlik təlimlərinə səfərbər edək?

55 yaşındakı mütəxəssis:

- Mənim bu şirkətdə nə işim var,mən burada nə edirəm?!

60 yaşındakı mütəxəssis:

-Universitetdən gözlədiyim xəbər artıq gəlib çatdı və günün yarısını müəllim kimi çalışıram.Gənclər iş həyatındakı insan resursları ilə bağlı əsl təcrübə və biliklərlə tanış olaraq,bu fürsətdən yararlana biləcəklər.Mən işimi çox sevirəm və bu iş üçün yaradıldığımı düşünürəm.

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN