Dərziliklə Məşğul Olaraq Pul Qazan

0
2489
Dərziliklə Məşğul Olaraq Pul Qazan

Bəli xanımlar, evdə boş-boş oturma zamanı çox geridə qaldı. Boş-boş deyərkən, mənə əsəbləşməyin. Çünki gündəlik ev işləri, uşaqlara baxım, bazarlıq və s. kimi işlərlə nə qədər məşğul olduğunuzu təxmin edə bilirəm. Nəticədə bir qadının dilindən ən yaxşı anlayan adam, yenə qadındır düz deyil mi? Əlbəttə, elədir! Amma bunu da qəbul etməliyik ki, ev xanımları olaraq əgər istəsək özümüz üçün bol boş vaxt yarada bilirik. Səhər tezdən qalxıb, bütün işlərimizi ustalıqla həll edirik və qonşuya çay içməyə gedirik. Etmirik mi? Əlbəttə edirik!
 
Yaxşı, boş qalan zamanımızı niyə özümüz və ailəmiz üçün yaxşı dəyərləndirməyək? Niyə evimizin büdcəsinə qatqı təmin edəcək bir iş görməyək? Bunun üçün bacarıqsızıq mı? Cavab: bütün dillərdə "xeyr"! Çünki bütün dünyada heç bir xanımın "mən bacarıqsızam" kimi bir cümlə quracağını ehtimal etmirəm. O zaman nə etməliyik? Daha yaxşı həyat standartlarına qovuşmaq və özümüzü bu ankı vəziyyətdən daha çox yaxşı hiss etmək üçün addım atmalıyıq. Bəs necə istiqamətdə addım ataq? Təbii ki, günümüzün mütləq gücü olan pula doğru böyük bir addım!
Bu qədər sözün içərisində pula qarşı xüsusi diqqət edildiyini düşünür və davam edirəm. Bəli, ev xanımları, istəsəniz hamınız pul qazana bilərsiniz. Siz əl işi, tikiş və toxuculuqla məşğul olaraq, yemək bişirərək pul qazana bilərsiniz. Belə işlər bizim üçün çox sadə və mümkündür. Daha doğrusu istəyən hər kəs üçün desəm daha doğru olar. Bilirsiniz, hər seqmentə görə fərqli iş imkanları, fərqli qazanc qapıları vardır. Kimiləri investisiya edərək pul qazanarkən, kimiləri də əl qabiliyyətləri ilə gəlir əldə etməyə çalışır. Ancaq heç kim mənə uyğun bir pul qazanma üsulu yoxdur deyə bilməz. Çünki hərkəsə uyğun iş fikirləri mövcuddur! Əvvəl bu barədə razılığa gələk. İndi isə daha çox ev xanımlarının məşğul olduğu işlərdən biri olan evdə dərzilik fəaliyyəti haqqında danışmağa başlayaq.
 
Dərziliklə məşğul olaraq pul qazanmaq üçün hansı istiqamətləri izləmək lazımdır?
Əgər əl qabiliyyətiniz varsa, şübhəsiz ölkəmizdəki əksər evdar xanımların bir usta kimi tikiş-naxış edə bildiyini bilirik, siz də evinizdə dərziliklə pul qazanmağı düşünə bilərsiniz. Yaxşı, evdə dərziliklə məşğul olmaq üçün nələrə diqqət yetirmək lazımdır? Vaxt itirmədən başlayaq. Dərzilik etmək istəyirsinizsə bir tikiş maşınınızın olması mütləq lazımdır. Bəli, xanımların çoxunun kiçik tikiş maşınları olduğunu bilirik. Əgər yoxdursa da hər büdcəyə uyğun tikiş maşını var. Necə demişlər qaz gələcək yerdən toyuq əsirgənməz, elə deyil mi? Nəticədə evdə keçən zamanınızı boş yerə sərf etməyərək tikiş maşınınızın başında olduqca qazanclı zamanlar keçirə bilərsiniz.
Digər tərəfdən, dərzilik üzrə heç məlumatı olmayan xanımlar belə kurslara qatılaraq, qısa zaman içərisində özlərini inkişaf etdirə bilərlər. Əgər əl qabiliyyətiniz varsa, qısa bir müddətə öz məharətinizi göstərəcəyinizdən əminəm. Bundan əlavə dərziliyin bir çox fərqli yolunu sınaya bilərsiniz. Məsələn şalvar paçası, daraltma, qısaltma, fermuar tikmə kimi işlər də görə bilərsiniz. Çünki yalnız bu işləri görsəniz belə yaxşı gəlir mənbəyi tapmış olarsınız. Həmçinin işi bir az daha irəli aparmaq istəyən xanımlar sifarişlə don, yupka, tunik kimi paltarlar üzərində də müxtəlif variantlar tətbiq edə bilərlər. Ətrafınızdakı xanımlar, xüsusilə də istədiyi kimi bədəninə uyğun paltar tapa bilməyənlər, bir müddət sonra qapınızı döyməyə başlayacaqlar. Bundan əmin ola bilərsiniz.
Evdə dərziliklə məşğul olaraq pul qazanmaq istəyirsinizsə, evinizin bir otağını bu iş üçün ayırmalısınız. Təbii kifayət qədər boş sahəyə sahib deyilsinizsə, otaqlarınızdan birinin kiçik bir hissəsini də ayıraraq istifadə edə bilərsiniz. Ancaq vaxt keçdikcə nə qədər çox parça, iplik və s. kimi vəsaitlərin artdığını görəcək və yerinizə sığmayacaqsınız. Buna görə də kiçik bir otağı, öz işləriniz üçün ayırmanız xeyrinizə olacaq.
 
Kimlər evdə dərzilik edərək pul qazana bilir?
Əvvəlcə cinsiyyət barəsində razılaşaq. Yazının əvvəlindən bəri xanımlardan bəhs etməyimizə baxmayaraq o demək deyil ki, kişilər bu sahə ilə məşğul ola bilməzlər. Bəli, dərzilik edən bir çox kişi var. Lakin burada evdə dərzilik etməkdən bəhs etdiyim üçün, kişiləri mövzuya daxil etmirəm. Yəni düşünün, boş zamanlarında paça qısaldıb, şalvar daraldan bir azəri kişisi görə bilərik mi? Demək olar ki, qeyri-mümkün! Məhz bu səbəbə görə evdə dərzilik edərək pul qazanmaq xüsusən evdar xanımların istifadə edə biləcəyi bir üsuldur. Təbii hərkəs bu metoddan istifadə edərək pul qazana bilər. Yetər ki dərzilik qabiliyyəti, pul qazanma istəyiniz, birazca da boş vaxtınız olsun. Bütün şərtlərə cavab verdikdən sonra, bir tikiş maşını kimi işləyərək asanlıqla pul qazana bilərsiniz!
 
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN