Əmlakınızı İflasdan Qurtaran 5 Dərs

0
2412
Əmlakınızı İflasdan Qurtaran 5 Dərs

Tamamilə öz əziyyətlərimlə qurduğum və böyütdüyüm şirkət iflas etdiyində əlindən xoruz şəkəri alınmış bir uşaq kimi hiss etmişdim. Birdən özümü "səbəb?", "ya belə olsaydı?" sualları ilə boğuşarkən tapdım. Bir yemək müəssisəsi açmağa hazırlaşarkən əldə etdiyim beş illik təcrübə mənə unudulmaz dərslər verdi, amma çox təəssüf ki, bu dərsləri almaq üçün çox gecikdim.

Bundan əminəm ki, əgər aşağıdakı prinsiplərə əsaslansaydım şirkətim yerli bir markadan çox daha üstün ola bilərdi:
 
İflas etməkdən xilas olmağın yolları:
 
1) Qürurunuzu nəzarətdə saxlayın
Şirkətimi xarici bir investorla paylaşmaq üçün çox qürurlu davrandım. Şirkətimin 80% -i üçün 400.000 AZN-lik bir təklif aldım. O zaman, partnyorumla qurduğumuz hər şeyi satırammış kimi hiss etdim özümü. Bu gün, şirkətim passiv və kəşf edilməmiş bir vəziyyətdədir. Əgər indi mənə, uğurlu bir şirkətdə 10 % ortaqlıq mı yoxsa batmış bir şirkətdə yarı-yarıya ortaqlıq mı seçim edəcəyimi soruşsanız, ilki seçirəm. Əlbəttə hissədəki bərabərlikdən imtina etmə bəzi riskləri də özü ilə gətirir, amma tələsmədən bir az düşünün. Yəni, şirkətin hamısının sizin əlinizdə olmasının ən yaxşı şey olduğunu düşünməyin.
 
2) Kiçik başlamaq bəla ola bilər
Kiçik və az miqdarla başlamaq ən məntiqli yanaşma kimi görünür. Fikrimizi icarə, avadanlıqlar və reklam daxil 30.000 AZN məğləğə sığdıraraq bitirdik. Planımız yavaş-yavaş böyümək və qazancımızla daha böyük bir müəssisə halına gəlmək, amma reallıq, böyük mənfəət əldə etməyə kifayət qədər yetərli  olmayan bir sahədə, yorulana qədər su üstündə dayanıb yorulanda isə  batmağa bənzəyir. İcarəsi uyğun kiçik bir yer başda mükəmməl görünür, ta ki inkişaf edib böyüyərkən ehtiyacımız olan istehsal və oturacaq yer tutumu baxımından məhrum olduğumuzu fərq edənə qədər. Stabil bir müəssisədəydik, ancaq istehsal tutumunu artıracaq fürsətlərdən məhrumduq. Daha başlanğıcdan batmışdıq.
 
3) Yerinizi diqqətli seçin
Başlanğıcda, böyük şəhərlər yeni bir yemək müəssisəsinin fəaliyyətinə başlamaq üçün şahanə bir yerdir. Çox sayda insan, böyük media şəbəkələrinə giriş, turist trafiki, milyonlarla qida mərkəzli bölgə sakini və yeni yerlər açmaq üçün bir çox boş məkan kimi cazibələri var. Lakin icarə çox bahalı olduğundan, inkişaf edib böyüməyi davam etdirəcək bir iş yeri açmaq çətindir. Konsepsiyanızı dəyişdirərək daha kiçik və daha məhsuldar yerlərə cəmləyin.
İcarə haqqı, büyümənizə maneə olan səbəblərdən yalnız biridir. İşə personal alma, müəssisənizin ən böyük problemidir. İşçilərimizin sadə ehtiyaclarını qarşılayacaq ödənişlərini belə ödəyə bilmiriksə, müəssisəmizin faydalı işçiləri cəzb etməsini və əlində saxlamağı necə gözləyək ki?
Qəbul etmək çətindir, amma böyük bir şəhərdəki müəssisənin icra xərci, kiçik bir şəhərdə qazana biləcəyiniz pulu əldə etməyi mümkünsüzləşdirir.
 
4) Yeni yolların kəşfi
Biz şirkəti qurduğumuzda, alkoqol orijinal planın bir hissəsi idi, tamamilə qida ağırlıqlı bir konseptimiz vardı. İnvestorlar üçün beynimizdə hesablamalar etməyə başlayana qədər, daha yüksək mənfəətə gedən yolun alkoqol hesabına başa gəldiyinin fərqində olmadım. Həqiqət bu ki, alkoqol rəfdə qalıcı və qazanc nisbəti də olduqca yüksək; ərzaq isə tam tərsi. Fərqli yerlərdə şöbələr açmağı düşünərkən danışdığımız bəzi restoran sahibləri də, bir qida müəssisəsinə spirtin əhəmiyyətini təkrar vurğuladılar.
Bu planlardan heç istifadə edə bilməyəcək vəziyyətdəykən öyrəndiyimiz dərs çox əhəmiyyətli: Bir müəssisə sahibi olaraq, hər zaman yeni yollar axtarmalı olmalısınız.
 
5) Böyümək üçün sizə ehtiyacı olan amma siz olmadan da işləyən bir iş qurun
Həyatda hər şey düşündüyünüz kimi getməyə bilər. Xüsusilə söz mövzusu öz sağlamlığınız olduğunda. Məsələn mən boynumda bir yırtıq problemi olduğundan xəbərsizdim və əməliyyat olmaqdan başqa seçimi yox idi. Müəssisə planıma daxil olmayan şey də bu idi: şirkətim mənsiz idarə edilmək məcburiyyətində idi. Amma işlər mənsiz yaxşı getmədi. Öz müəssisəmizi  sıfırdan qurmaq üçün çox zaman sərf etmişdim, nəticədə isə mənsiz ayaqda qala bilməyən bir müəssisə.
 
 
 
 
 
 Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN