Ən Çox Ehtiyac Duyulan Peşələr

0
3925
Ən Çox Ehtiyac Duyulan Peşələr

Hal-hazırda ən çox seçilən peşələr hansılardır? İndiki vaxtda ehtiyaclarımıza görə seçim edilən peşələr sırasıyla belədir:

1 - Proqramçı
2 - Müəllim
3 - Maliyyə
4 - İnsan qaynaqları mütəxəssisliyi
5 - Assistentlik
6 - Bazar analitiki
7 - İnformasiya
8 - Əmlak
9 - Əczaçı
10 - Psixoloq
Bu peşələr money adlı jurnalın ödəniş , stress , iş çətinliyi kimi sahələrdə etdiyi araşdırmalara söykənir.
 
Peşələr və tanıtımı
 
Mətbuat-yayım: Ali məktəblərdə bu mövzuda ixtisas təhsili alanlar, peşədə əldə ediləcək təcrübə ilə birlikdə bu ixtisasların öhdəsindən gələ bilərlər. 
iş sahələri - qəzetlər, radio və televiziya kanalları, xəbər agentlikləri. insanların xəbər alma ehtiyacları gələcəkdə də artaraq davam edəcək. Bu səbəbdən həm yazılı, həm vizual mətbuat əhəmiyyət qazanacaq. Bu günün yazarları, jurnalistləri xüsusilə müdafiə, iqtisadiyyat, maqazin kimi sahələrdə ixtisaslaşmağı seçirlər. Beləcə, keçmişdəki hər şeyi bilən jurnalistlər dövrü tarixə qarışır. Şəxsi televiziya kanallarının çoxalması ilə birlikdə əhəmiyyət qazanan xəbər spikerliyi, bu gün gənclər arasında ən çox seçilən peşələrdən biridir. Gələcəkdə də yeniləri açılacaq olan televiziya kanallarıyla xəbər spikerliyi gedərək məşhurluğunu artıracaq.
 
Dizayn və istehsal mütəxəssisliyi: Dünyada önü olduqca açıq bir iş qollarıdır. Bu sahədə təhsil alan mütəxəssislər cəzbedici şərtlərlə çalışırlar.
 
Daşınmaz əmlak inkişaf məsləhətçiliyi: Daşınmaz əmlak inkişaf məsləhətçiliyi, dünyada məşhur bir iş qolu olmasına baxmayaraq ölkəmizdə elə də tanınmır. Gələcəkdə bu peşəni seçənlər qazanacaq . İnvestisiya edilməsi zamanı daşınmaz əmlakların iqtisadi dəyərini təyin edən bu iş qolu, fabrik və şirkətlərin də müəyyən zamanlarda iqtisadi qiymətləndirməsini təmin edir. Təminat məqsədli daşınmaz əmlak qiymətləndirilməsi, real və elmi dəyərlərdən istifadə edilməsi, bir çox investisora qaynaq təmin etməsi baxımından da əhəmiyyət daşıyır .
 
Əmlak birjaları mütəxəssisi: Bir ölkədəki qiymətli kağızlar , xarici sərmayəçilərə satışa çıxaran beynəlxalq sərmayə bazarı mütəxəssisləri, ölkəyə maliyyə axınını təmin edir. Peşənin həm maraqlı, həm də milli yanı ağır və diqqətli bir peşə olaraq təyin olunur. Diqqətli bir iş müddəti tələb edir. İqtisadiyyat və müəssisə ilə birlikdə, mühasibat, maliyyə, marketinq və digər ictimai məlumatlar üzrə alınacaq təhsillər çox önəmlidir. Sərmayə bazarlarının yeni inkişafı, bu peşəni gələcəkdə qarşıya çıxacaq səbəblərdən biri olaraq qəbul edir . Hər ölkə bu mərhələdən keçir. Bir ölkənin inkişafı, sərmayə bazarlarının inkişafına bağlıdır.
 
Sağlamlıq, Təhlükəsizlik, Ekologiya mütəxəssisi: Bu peşə, iş yerində işçilərin öz sağlamlıqlarını qoruyaraq işlərini təmin etdiyi kimi, şirkətin ətraf mühitə zərər verib-vermədiyinə də nəzarət edir . İstehsal fəaliyyəti çoxalıb , yeni obyektlər açıldıqca, gələcəkdə bu mövzunun mütəxəssislərinə böyük ehtiyac duyulacaq. Bütün şirkətlər bu sahə ilə əlaqədar məsləhətçilik xidməti alaraq, işçilər axtaracaqlar.
 
İdarəçilər: İdarəçilərlə işçilər arasında "İctimai kontrakt"lar gündəmə gələcək . "Ömür boyu iş zəmanəti" anlayışı ağırlıq qazanaraq işçi qüvvəsinin təhsilinə əhəmiyyət veriləcək. Əsl real dəyişmə isə rəhbərlik formalarında yaşanacaq. Sistem iş, iş mübadiləsi, müvəqqəti peşəkarlar və idarəçilər üzərinə qurulacaq. 
İdarəçilər, kifayət qədər iş məlumatı olmayan işçilər üçün xüsusi rəhbərlik planlarını dövrəyə salacaqlar. Üstün təhsil görmüş və iş məlumatı tam olan mütəxəssislərə isə xüsusi motivasiya proqramları tətbiq olunacaq. Beləcə, hər iki qrupa da əvvəl özünü, sonra işini inkişaf fürsətləri təqdim ediləcək.
Məsləhət xidməti verən şirkətlər üstünlük qazanacaq. Öyrədilən və iş təcrübəsi qazanan çalışanlar, öz peşələrini şirkətin ehtiyaclarına uyğun istifadəni məqsəd qoyan irəli gedən planlar tərtib edəcək. İdarə, hər səviyyədəki işçinin ehtiyac duyduğu rahat mühiti təmin edəcək, bunun qarşılığında isə onlardan şirkətə yeni fikir və məhsullar qatqısı tələb edəcək. Təşkilatın müvəffəqiyyətli olması isə ana hədəf olacaq.
Texnologiyanın təsirləri, təhsil, sosial - iqtisadi sistem, orqanizasiya, bazarda qlobalilazasiya, rəhbərlik və idarəçilərin ana xəttini təşkil edir. Orta səviyyəli idarəçilər lazımlı texnologiyalardan istifadə edərək, təşkilat içində süzgəcdən keçiriləcək bir mövqe tutacaqlar.
Sərhədlərin qalxmasıyla birlikdə çox istiqamətli əmək potensialını idarə edəcək olan idarəçilərin müvəffəqiyyətləri, qrupları birləşdirən, məhsuldar olması ilə müəyyənləşəcək. Bütün işlər iş qruplarının meydana gəlməsiylə icra ediləcək. Bu qruplar, yeni qərarları verərkən müştəridən, var olan iş gücü potensialına və təşkilatın xarici dünyadakı quruluşuna qədər bir çox tapıntını araşdıracaq. Onların təşəbbüskarlığ təmin ediləcək. Qısası, gələcəyin idarəçiləri tamaşaçı, hücum, elastik , risklərə açıq, lider, vizion sahibi olan və insanların performansını ölçə bilən bir quruluşda olanlar arasından seçiləcək. Məlumat, texnologiyanı, rəqabət mühitində bir üstünlük halına gətirə bilən idarəçilər, öz gücləri yerinə məhsuldarlığı ən mühüm güc olaraq görə biləcəklər. Gələcəkdə bu sahədə xidmət edə biləcək insanlara böyük ehtiyac duyulacaq.
 
Edilən investisiyalar istiqamətində yeni olduğu qədər uzlaşmağı tələb bir çox peşə gəncləri gözləyir. Bir zamanlar etibarlı olan peşələr indiki vaxtda də əhəmiyyətini qorumaqdadır. Bununla birlikdə keçmişin peşələri ilə gələcəyin göz bəbəyi olan peşələr bir vaxt yaşayacaq və onların da ortaq məxrəci uzlaşma olacaq.
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN