İnternet təşəbbüskarlığı və Pul qazanmaq

0
1970
İnternet təşəbbüskarlığı və Pul qazanmaq

Dünya heç bu qədər kiçik  olmamışdı. Əvvəllər internetə qoşulmaq deyə bir deyim vardı. İndisə artıq interneti bağlamaq deyə bir deyim var. Çünki, günün hər vaxtı internetdəyik. Bu qədər çox insanın eyni anda qoşulduğu bir kommunikasiya vasitəsindən qazanc əldə etmək heç də təəccüblü deyildir. Hamımız internetlə sıx əlaqədəyik. Ilk başada, internet bir kitabxana olaraq düşünülmüşdü. Ehtiyacınız olan məlumatları əldə etmək üçün bir baza kimi nəzərdə tutulmuşdu. İstifadəsi artdıqca, internetin istifadə sahələri də insanların təlabatına görə çoxaldı. Hazırda internet vasitəsi ile alış-veriş edirik, sosial media sayəsində əhatə qazanırıq və ixtisas dərəcəsi tələb olunan məlumatları belə anında ödənişsiz əldə edirik. Bu imkanı pula çevirən bir çox təşəbbüskar, göz görə-görə, ildən–ilə işlərini böyütdülər. Google, Facebook, Youtube kimi saytlar gözümüzün önündə adım adım inkişaf etdi və milyard dollarlıq müəssisəyə çevrildilər. Kiçik miqyaslı olsalar da, internetdən pul qazanmağı hədəfləyən minlərlə təşəbbüs var. Yeni nəsil bu sahələrə daha asan adaptasiya ola bilıir. Yaşı otuzdan yuxarı olanlar isə köhnə ticarət qaydalarından istifadə edə-edə baş verənləri heyrətlə seyr edirlər. İnternetdən necə pul qazanırlar?- deyə bir-birlərindən soruşurlar.

İnternetdən pul qazanmağın üsulları
İnternet daha çox insanın eyni anda, eyni yerdə olduğu bir şəbəkədir. İnkişaf etmiş proqram təminatı texnologiyaları ilə bu insanlar, müəyyən kriteriyalara görə təsnif edilir. İnternetdən pul qazanmağın əsasını da, elə bu imkan təşkil edir. Barələrində ümumi şəkildə məlumata sahib olduğumuz insanlarla ticarət edib pul qazanmaq, digərlərinə nisbətən daha asandır.
E-ticarət ilə pul qazanmaq
Bu üsulda, sizə pul qazandıran əslində bilavasitə ticarətdir. Ticarətin min illik tarixi boyunca təkmilləşən üsullar, hazırda e-ticarəti qarşımıza çıxardı. Siz də istehsal etdiyiniz məhsul ya da xidməti bir internet saytı vasitəsi ilə kütlələrə təqdim edə bilərsiniz. Bir e-ticarət təşəbbüsü etmək üçün ilk növbədə ticarət etmək bacarığına malik olmalısınız. Çünkü, dijital da olsa tacirlik edəcəksiniz. Digər bir məsələ isə, aldığınız web dizayn xidmətinin keyfiyyətindən aslıdır.
Bir mağaza  açmaqla, bir e-ticarət saytı açmağın bir çox ortaq cəhəti vardır. Yeni mağaza açan bir şəxs necə ki, mağazasının yerini diqqətlə seçir, girişdə mağazasınının adının yazılışına, vitrininə necə diqqət göstərirsə, siz de internet saytınıza o şəkildə diqqət göstərməlisiniz. Mağaza üçün yer seçərkən küçələri və prospektləri nəzərə aldığınız kimi, internetdə də Google səhifələrini nəzərə almalısınız. Məhsul və xidmətlərinizin axtarışlarda ilk sıralarda olması sizə gəlir fürsəti təmin edəcəkdir.
Mağazanızın adının yazıldığı şitə və vitrininə verdiyiniz əhəmiyyət, internet dünyasında web dizayna verdiyiniz əhəmiyyətə bərabərdir. Yaxşı dizayn edilmiş bir korporativ müəssisə saytı sizə daha çox fayda gətirəcəkdir. İnternet vasitəsi  ilə ən çox alış-veriş edən kütlə gənclərdir. Gənc istehlakçılar, ilk öncə brendlərə və bu brendlərin nə dərəcədə məşhur olduğuna diqqət yetirirlər. İnternetdən pul qazanmağı hədəflədiyiniz bir e-ticarət proyektində, seçtiyiniz bir dijital reklam agentliyi ilə əməkdaşlıq etməyinizi tövsiyyə edərdik.
 
Premium abunə satışı ilə pul qazanmaq
İnsanların bir ehtiyacını, işlərini çətinləşdirən bir maneəni ortadan qaldıran bir proqram ya da bir internet saytı hazırlaya və bu sayta abunə toplayar ya da bu xidməti internetdə satışa çıxara bilərsiniz. Online oyunlar, mühasibat aparan kiçik online tətbiqlər və web saytlar kimi xidmətlər və s.. Bu üsul internetdən pul qazanmağın yollarından ən çətinidir. Çünki, belə bir xidməti hazırlamaq və bunu proqram təminatı ilə problemsiz işləyəcək mərhələyə gətirmək, ya çox vaxtınızı aparacaq ya da böyük məbləğdə pul xərcləməyinizə səbəb olacaqdır. Amma alınarsa, böyük bir sərvətə qapı açmış olar.
 
Online reklam ortaqlıqları ilə pul qazanmaq
İnternetdən pul qazanan insanların çoxu bu üsuldan istifadə edir. Bu üsulda əsas əhəmiyyət kəsb edən məqam insanlardır. Nə qədər insana əliniz çatır? Nə qədər popluyarsınız? Əgər siz bir dijital məzmun, bir fotoşəkili, bir mətini ya da videoyonu yüz minlərlə insana çatdıracaq qədər geniş bir şəbəkəyə sahib olsanız, firmalar sizi onsuz da tapacaqlar. Bir növ “fenomen” olmaqdan-öz sahənizdə, keyfiyyətli məzmunlar hazırlayıb onları insanlara çatdırmaqdan- bəhs edirəm. İnsanlar həddindən artıq reklama məruz qalırlar. İnsanlar, məzmunları yayımcılar tərəfindən idarə edilən TV kanallarından, qarşılarına çıxan billboardlardan yorldular artıq. İnternet, insanların öz məzmunlarını özlərinin seçməsinə icazə veir və bu, “məzmun satışı” adlandırılan terminin yarandığı məqamdır. İnsanlar internetdə çox vaxt  keçirirlər, insanlar internetə girir, internet insanların ya cibində ya da əlindədir. İnsanlara bildirişlər göndərib onları bəzi məzmunlara cəlb edə bilər, müxtəlif şəkillərdə bu məzmunlara reaksiya vermələrini təmin edə bilərsiniz. Məzmunlar insanlar arasında anidən yayıla bilir. Təbii ki, bütün bunlar bəhs etdiyim qədər asan deyil. İnternetdən reklam sektorunun yardımı ilə pul qazanmağın üç üsuluna gəlin, birlikdə nəzər salaq.
 
Yazılı mətnlərlə pul qazanmaq
Google və digər axtarış sistemlərinin  kriteriyalarına uyğun olaraq  yazılmış, diqqət çəkici mövzulara dair məqalələrlə izləyici cəlb edə bilərsiniz. Bu səhifələrdə, Google reklamlarının yayımlanması üçün xüsusi yerlər yaradıb Google ilə ortaqlıq edə bilərsiniz. Bu xüsusi ayırdığınız guşədə yayımlanan reklamlara tıklandığı təqdirdə, qazanılan gəlirdən Google sizə pay verəcəkdir. Sadəcə Google ilə deyil, müxtəlif sosial media saytları vasitəsi ilə də səhifənizə izləyici qazana bilərsiniz. Sosial media saytlarında paylaşılacaq qədər əyləncəli ya da faydalı olan məzmun, normal yolla əhatə kütləsini genişləndirəcəkdir. Bu məzmunlar nə qədər çox izlənərsə, bir o qədər də qazanc gətirəcəkdir.
 
Foto məzmunlar ilə gəlir əldə etmək
Bunu İnstagramda görə bilərsiniz. İnstagram vasitəsi ilə profilini milyonlara çatdıran insanlar vardır. Bu insanların profillərinə sponsorlu məzmunlar alması da ehtimal daxilindədir.  Sizin fotoşəkillərinizi minlərlə insan izləyirsə  bu fotoşəkillərə öz məhsullarını qoymaq istəyən brendlər sizə təklif göndərəcəklər. İnstagram, özünəməxsus bir sosial media şəbəkəsidir. Görüntü keyfiyyətinə bu dərəcədə əhəmiyyət verildiyi bir çağda İntagramın yayılmaması qəribə olardı. “Instagirl” artıq bir peşə sahəsidir. Bəzi gözəl qızların şəkilləri, İnstagramda minlərlə izləyici sayına çatdıqdan sonra “Instagirl” (İnstagram qızı) dərəcəsi alırlar. Bundan sonra firmalar, bu qızlara öz brendlərinə aid geyimlərlə şəkil çəktirmələrini ya da öz makyaj vasitələrinin təqdimatını etmək üçün müəyyən məbləğ ödəyirlər. Kişi oxucularımıza burdan müraciət edirəm; “Bu qapıdan sizə iş çıxmaz”
 
Video məzmunlar ilə pul qazanmaq
Bu yaxınlarda bir dostumun 9 yaşındakı oğlu, əlində atasının telofonu ilə mağaza rəflərinin videosunu çəkirdi. Nə etdiyini soruşdum, elə bir cavab verdi ki, şoka düşdüm. Cavab belə idi: “Videomu Youtube’a qoyacam və insanlar izlədikcə pul qazanacam”. Bu məsələnin hansı yerə gəldiyini göstərən yaşanmış bir hadisədir. Video məzmunlar, Youtube vasitəsi ilə istifadəçilərə çatdırılır. Youtube, Google tərkibində bir şirkətdir. Müqavilə mətnlərində olduğu kimi, reklam ortaqlığının bir versiyası da Youtube ilə video məzmun vasitəsilə edilir. Reklam məvacibləri çox az olduğu üçün külli miqdarda qazanc əldə etməyiniz mümkün görünmür. Çoxlu qazanc əldə etmək üçün, yenə sponsorlu məzmunlar vasitəsi ilə brendlərdən iştəklifi almağınız vacibdir. Youtube’da müxtəlif formatlarda yayımlanan minlərlə kanal var. Uşaq kanalları, musiqi kanalları, nəyi necə etmək olar temalı kanallar və s.. Həqiqətən baxımlı kanallar olduğu kimi necə-gəldi və faydalı olmayan kanallar da var. Nə qədər faydasız kanallar da olsa, Youtube gözümüzün önündə gələcəyin TV formatını yaradır. Bəlkə də artıq yaratmışdır.
 
İnternetdən pul qazanmaq istəyənlərə tövsiyyələr
Özünüzü mütəxəssisi olduğunuz mövzuya həsr edin. Mütəxəssisi olduğunuz mövzunu insanların diqqətini çəkəcək bir şəkildə təqdim edin. Hansı üsuldan istifadə edirsəniz edin, internetin imkanlarından faydalanın və ən yeni texnologiyalara  adaptasiya olun. Bizim insanlar, təşəbbüskar insanlardır. İnternetdən maksimum istifadə edin.
 
Tərcümə etdi:Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN