İstəyinizi Necə Müvəffəqiyyətli Bir İşə Çevirə Bilərsiniz?

0
847
İstəyinizi Necə Müvəffəqiyyətli Bir İşə Çevirə Bilərsiniz?

Öz işinizə başlamaq, birdən alınıb-alınmayacaq narahatlığını daşıyaraq daim yüksəlib-alçalan bir sürət qatarına minmək kimidir. Hər kəs öz işini qura bilər lakin işi böyütmək və davam etdirmək çox çətindir. Bir şirkət çətinliklərlə qarşı-qarşıya gəlib pis vəziyyətə düşdüyü zaman (ki mütləq düşər) istəyiniz və bağlılığınız işinizi xilas edən ən önəmli amil olacaq. Əgər işiniz üçün həqiqi  bir sevginiz yoxsa bunu hər kəs duya bilər: müştəriləri, qrupunuz, məsləhətçilər və sərmayəçiləriniz.
Buna görə hədəfinizə diqqət çox amma çox vacibdir. Bu daha sürətli qərarlar vermənizi və sürət qatarı yollarını daha rahat keçmənizi təmin edəcək.
 
Arzunuzu müvəffəqiyyətli bir işə çevirmək üçün 3 addım:
 
1) Kifayət qədər məlumatlısınız mı? Deyilsinizsə özünüzə sual verin
Biz istəyiniz var və öz işinizi qurmaq istəyirsiniz! Sənaye haqqında kifayət qədər məlumata sahib bilərsiniz mi? Sənaye təcrübəsi və texniki məlumatla özünüzü önə çıxara və irəli doğru atıla bilərsiniz. Məhsulları istehsal edə bilər, müştəri bazası yarada və şirkətinizin görüntüsünü ortaya çıxara bilərsiniz.
Əgər möcüzəvi bir iş fikriniz var lakin işə başlamaq üçün kifayət qədər sektor tanımırsınızsa tanınmış şəbəkələrdən istifadə edin və sizinlə eyni sənayedə daha əvvəl işə başlamış insanlarla danışın.
Universitetdən dostumla birlikdə sağlam qəlyanaltılar işinə başladığımız zaman qida ən böyük məqsədimizdən biri idi, lakin qida işini icra etməklə əlaqədar təcrübəmiz və fikrimiz yox idi. Bir ətraf yaratmağa və ərzaq şirkətimizi müvəffəqiyyətli bir şəkildə icra etmək üçün strategiyalar və məlumatlar öyrənmək üçün iş fikrimizi sənayedə ustalaşmış insanlarla müzakirəyə başladıq. Şansımız ərzaq sektoru üzrə bir ticarət sərgisinə qatılıb bizimlə çalışmaq istəyən bir neçə dəstəkçi çıxdığı zaman döndü. O vaxta qədər necə istehsalçı şəriklər tapacağımız haqqında heç bir fikrimiz yox idi.
 
2) Balıqlama atlayın
Balıq kimi suya dalmaqdan daha yaxşı bir başlanğıc metodu yoxdur. İlk başlarda planınızı zehninizdə tam olaraq şəkilləndirməmiş ola bilərsiniz və bəlkə irəlidə modelinizdə dəyişikliklər edəcəksiniz. Lakin istəyinizin  olduğu  bir mövzuda iş görməyinizin yaxşı yanı da budur ki, niyə o işi etdiyinizi bilirsiniz və önünüzə çıxan maneələri daha asan bir şəkildə dəf edə bilərsiniz. Məhz satdığınız məhsula bağlı qalmanızı və bu mövzuda motivasiyanı yüksək bir şəkildə təmin edən duyğu köklü güc və coşğudur.
Sağlam qəlyanaltılar satmağı düşündüyümüz internet saytımızı ilk açdığımızda tam zamanlı işlərdə çalışırdıq. Cib telefonlarımızla çəkdiyimiz məhsulların fotoşəkillərindən istifadə edirdik. Evlərinə sağlam qəlyanaltı gətirilməsini istəyən insanlar üçün bir bazar olub-olmadığını test edirdik və dərhal fürsəti gördük: İlk həftəsonunda 100-dən çox adam müraciət etmişdi. Artıq məhsulları göndərək yoxsa müştərilərə geri ödəmə edib bunun uğurlu bir test olduğunu söyləyək mi deyə düşünürdük. Tam bu nöqtədə tərəddüdü buraxıb işə girişmək çox mühümdür. İşə dərhal başlamaq üçün bu vaxt olduğumuz andan daha yaxşı bir zaman yoxdur.
 
3) Ətrafınızı sizinlə eyni vizyonu paylaşan insanlarla əhatələndirin
Sağlam qəlyanaltılar satışı etdiyimiz şirkətdəki hərkəsin, yeməyin həyatlarını necə dəyişdirdiyi haqqında bir hekayəyə sahib olması olduqca mühüm: Kiminin mənim kimi kilo vermə macərası var, kimi daha əvvəlki professional kariyerasında yeməklə əlaqəli təcrübələr yaşamış, kimi də aqrar bir bölgədə böyümüş. Bu təcrübələrə görə işçi  götürürük çünki işə şəkil verməkdə bu təcrübələr iştirak edir.
Başlanğıcda uzun iş saatları və çətin günlərlə baş etmək vəziyyətində qala bilərsiniz, şəxsi istək və iş yoldaşlarınızla bənzər dəyərləri paylaşmaq sizə belə zamanlarda köməkçi olacaq. Bu istək zamanla müştəri məmnuniyyətinə çevrilər ki bu da sizin işinizi inkişaf etdirir.
Arzunuzu işə çevirmək yalnız sevdiyiniz işi edərkən mənfəət qazanmanızla bərabər, eyni zamanda uzun müddətli müvəffəqiyyətə nail olmanıza kömək edir. Hər şeydən önəmlisi istəyiniz müştəriyə və şirkətə uzun müddət  faydalı olacaq qərarlar verməyiniz üçün qəti lazımlıdır, bu da marka davamlılığı və dayanaqlıq qazanmağına kömək edir.
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN