Kişilər bu peşələrdən qaçmalıdırlar

0
1692
 Kişilər bu peşələrdən qaçmalıdırlar

Ən kişi peşələri bəzən çox təhlükəli olurlar. Bugün sizlərə ölüm təhlükəsi olan 5 ən kişi və eyni zamanda təhlükəli peşələri misal gətirəcək. Sizlər dərhal hərbi peşələri düşündünüz? Bəs qeyri? Oxuyun.


Yük maşını sürücüləri (100 min nəfərə 27 hadisə)

Orta statiskaya görə dünyada 905 yük maşını sürücüsü iş yerində dünyasını dəyişir. Bu rəqəm istehsal ölümlərinin 12%-ni təşkil edir. Baxmayaraq ki, bu tip maşınların sürücüləri hazırlıqlı olurlar, onların uzun yol getmələri və həmçinin daha kiçik avtomaşınları çaşdırdıqları üçün yol hadisələrinin sayı azalmamaqdadır.

Elekrik veriliş xəttlərində quraşdırıcı (100 min nəfərə 34 hadisə)

İlk növbədə yüksəklikdə insan heç də özünü komfortlu hiss etmir. İkincisi bəzən quraşdırıcılar özlərini yetərincə ixtisaslı hesab edərək, ehtiyatı gözləmirlər.

Taxtapuşçu (100 min nəfərə 35 hadisə)

Evləri dam örtüyü ilə örtən taxtapuşçular daim təhlükə içindədirlər. Onlar yüksəkliklərdə günün, yağışın, küləyin, soyuğun altında işləyirlər. Artıq bir səhv hərəkət fatal nəticələrə gətirə bilər. Burada həmçinin gün vurmaları da qeyd etmək olar.

Fermer və çobanlar (100 nəfərə 38 hadisə)

İxtisaslığın azlığı, açıq havada gərgin iş rejimi, müxtəlif kimyəvi maddələrlə iş, kənd təsərrüfatı texnikaları yüksək sayda travma və ölümlərə səbəbdir. Hətta siz traktordan düşüb ata minsəniz belə, bu sizə onun sizi yerə atıb tapdalamayacağına əminlik vermir.

Zibil yığan (100 nəfərə 42 hadisə)

Bu halda yalnız əhalinin zibilini yığanlardan söz getmir. Burada həmçinin istehsal tullantılarının təmizlənməsi, sökülmüş binaların tullantılarının yığılması və s. söz gedir. Bu peşənin sahibləri müxtəlif texnikalarda işləyir, yüksəkliklərə qalxmalı olurlar. Hava şəraitinin müxtəlif olduğunu və təhlükəsizlik texnikasından az istifadə edildiyini nəzərə alsaq, olduqca təhlükəli peşədir.
 

ŞƏRH YAZIN