Dedi qodular faydalıymış ...

0
1634
Dedi qodular faydalıymış ...

 Deyirlər ki, qulaq gündə bir söz eşitməsə kar olar. Bu gün bu ifadənin bir daha şahidi olduq. 


Adətən iş yerlərində şayiə, dedi qodu olmaması üçün tədbirlər görülür, xəbərdarlıq edilir. Amma sən demə, şayiələr və qeybətlər ofisin fəaliyyəti üçün xeyirlidir. Nə üçün? İzah edəcəyik.

Bu faktı Amsterdam Universitetinin alimləri ortaya çıxarıblar. Onların zənnincə, bu üsulla öz vəzifələrinin öhdəsindən gələ bilməyən və tənbəllik edən əməkdaşlara xəbərdarlıq etmək mümkündür. Universitetin tədqiqatçıları sübut ediblər ki, iş yerində şayiələr, deyildiyi kimi, işçiləri manipulyasiya edən qərəzli hərəkət deyil. 

"Bizim araşdırmamız göstərir ki, şayiələr həmişə ilk baxışdan göründüyü kimi neqativ deyil. Şayiələr imkan verir ki, insanlar informasiyaları yığsın və analiz edə bilsin, bir-biri ilə söhbət etsin, hətta yeri gələndə öz qrupunu qoruya bilsin", - tədqiqatın müəllifi Bianla Berşma bildirib. 

Tədqiqat göstərib ki, şayiələr təkamül prosesində də mühüm sosial rola malik olub. Tədqiqatçı iddia edir ki, şayiələr vasitəsi ilə zəif bəndi aşkar etmək mümkün olur. 

"Bir adam ayı və ya mamontu tutmağı bacarmır, lakin qrup bacarır", - alim izah edir.

ŞƏRH YAZIN