Facebookda İş

0
1661
Facebookda İş

Facebook kimi inkişafda olan sosial şəbəkədə işləmək hər kəsin istəyidir. Bunun üçün nə etmək lazımdır ? Bu sualı Facebookun yaradıcısı olan Mark Zukerberq İspaniyanın Barselona şəhərində keçirilən Mobile World Congressdə cavablayıb.

"Bizim şirkətə işə düzəlmək istəyən insanla qarşı-qarşıya oturanda özümə yalnız bir sual verirəm və həmin sualın cavabı əsasında bu adamın bizə yarayıb-yaramayacağını müəyyənləşdirirəm".
 
Sualım çox sadədir. Bu insanı görəndə özümdən soruşuram: "Qarşımdakı insan üçün işləməkdən həzz ala bilərdimmi?!" "Yalnız o adamları işə götürürəm ki, belə şəxslərin rəhbərliyi altında işləmək istərdim. Əla testdir", - Zukerberq deyib.
 
Barselonadakı konfransda M.Zukerberq Internet.org layihəsini də təqdim edib. Facebook-un bu layihəsi hazırda internetdən istifadə edə bilməyən insanların şəbəkədən yararlana bilmələrini təmin etməkdir.
 
Dünyadakı insanların 2/3 hissəsi internetdən yararlana bilmirlər.
 
İnternet.org mobil telefonlar vasitəsilə, tarif ödəmədən internetə qoşulma imkanı yaradır. 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN