İş həyatında uğur qazanmaq istəyənlərin nəzərinə!

0
1940
İş həyatında uğur qazanmaq istəyənlərin nəzərinə!

Həyatda əyəsə nail olmaq, bir addım daha irəli getmək, digər insanlardan fərqli olmaq, etdiyiniz işin yaxşı nəticəsini görmək - bütün bunları elə uğur, müvəffəqiyyət adlandırmaq olar. Müasir dövrdə biz tez-tez belə kəlmələri eşidirik: "bəxti gətirən", "uğurlu iş adamı" və s. Adətən, "uğur" dedikdə, insanın maliyyə vəziyyəti başa düşülür, yəni işində uğur qazanmısansa, özünə çox şey icazə verə bilərsən. İnsan uğuru başqa yöndə də qazana bilər, amma bu dəfə biz iş planında qazanılan uğur barədə danışacağıq. Uğur qazanmaq üçün nə etmək lazımdır? Məhz etdiyi hər hansı işə görə insan pul mükafatı alır. Elə-belə heç bir yerdən insan uğur və şöhrət qazana bilməz, həmçinin pul da. Əgər insanın hər şeyi varsa, deməli, o, əlindən gələni edib ki, bunlara sahib olsun. Bəs biz niyə belə edə bilmirik? Əslində hamı yer üzündə eyni hüquqa malikdir. Onda niyə biriləri həyatda uğur qazanır, digərləri bu uğuru qazana bilmir ? Əvvəla, hər bir şəxs uğur qazanmaq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

1. Dəqiqlik - insan həmişə öz işini dəqiqliklə və vaxtlı-vaxtında yerinə yetirməlidir.

2. Etibarlılıq - insan ona etibar edənləri pis vəziyyətdə qoymamalıdır.

3. Özünə güvənlilik - insan hər hansı bir problem və ya vəziyyəti həll edərkən ilk verdiyi qərardan şübhələnməməlidir.

4. Xeyirxahlıq - başqa insanların problemlərindən üz döndərmək lazım deyil, məsləhət və hərəkətlərlə onlara kömək etmək lazımdır.

5. Hiyləgərlik - həyatda bir işin alınması üçün bir az hiyləgər olmaq lazımdır.

6. Azad fikirlilik - insanın gərək özünün nəzər nöqtəsi, həyata obyektiv baxışı olsun.

7. İnadlılıq və məqsədə yönəlmə - insan başladığı işi sona çatdıracaq qədər inadlı olmalıdır.

8. Yaradıcılıq qabiliyyəti - hər bir insan az da olsa yaradıcı olmalıdır.

Həyatda uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır; irəliyə getmək stimulu sizi idarə etməlidir. Öz məqsəd və istəklərinizi dərhal yaxınlara və dostlara deməyə tələsməyin. İlk öncə bunu reallığa çevirin, daha sonra uğurunuzu onlarla bölüşün. Bir məqsəd və istəyinizə nail olub dayanmayın, qarşınıza yeni-yeni "zirvələri" fəth etmək məqsədi qoyun. Elə insanlar vardır ki, etdiyi işdən maksimum zövq ala bilirlər; onların əhval-ruhiyyəsi həmişə yerində olur, çox xeyirxah və gülərüz insan təsiri bağışlayırlar. Məhz belə formada işləyib uğur qazanmaq mümkündür. Uğur qazanmaq üçün həmçinin siz ətrafınızdakı dost-tanışlara da diqqət yetirməlisiniz. Yaxşı dost sizi hər bir başladığınız işdə dəstəkləyəcək, əlindən gəldiyi qədər sizə kömək edəcək. Əksinə, pessimist, həyatda heç bir şeyə nail olmayan insan planlarınızın alt-üst olacağını deyib mənfi fikirlər söyləyəcək. Uğur əldə etmək üçün belə insanlardan uzaq olmalısınız.

 

ŞƏRH YAZIN