İşə Qəbul Olmaq Istəyirsənsə ...

0
1995
İşə Qəbul Olmaq Istəyirsənsə ...

Yeni iş axtarırsan və hardan başlayacağını bilmirsən. Elə isə narahat olma, bu xəbər tam sizə görədir. İş axtarmaq və tapmaq elə də asan prosedur deyil. Çətin ola bilər, amma sizə təqdim edəcəyimiz 10 qızıl qayda sizin işinizi yüngülləşdirə bilər. 
1. Tərcümeyi-halınızı vəya ərizənizi, iş üçün müraciət etdiyiniz şirkətə görə hazırlayın: Standart bir CV, digər müraciətlərin arasından seçilməyinizə kömək edə bilməz. Göndərdiyiniz hər bir məlumatın işəgötürənin fəaliyyət sahəsinə görə hazırlanmasına diqqət edin.
2. Öz üzərinizdə işləyin: Qəzetlərdəki iş elanlarına cavab yazarkən, eyni zamanda internet saytlarında axtarış edin. Sərgilərə, yığıncaqlara qatılmağa çalışın.
3. Öz başınıza hərəkət etməyin: Ailəniz, dostlarınız, köhnə iş yoldaşlarınızın tanışları olduğunu unutmayın. İş tapmaqda ən faydalı üsul dost tövsiyyəsidir. Əlaqələrinizi canlı tutun. Kömək istəməkdən utanmayın.
4. Özünüzə uyğun bir şirkət axtarın: Sizə iş verə biləcək potensial şirkətlərin web səhifələrinə baxın, onlar haqqında məlumat toplamağa çalışın. Şirkətlərin öz mədəniyyətlərinə uyğun işçilər axtardığını unutmayın.
5. Əhvalınızı pozmayın: Mütəxəssislər orta hesabla bir iş axtarış prosesinin 3-10 ay arasında dəyişdiyini bildirirlər. Bu dövrdə bir çox dəfə rədd edilmiş ola bilərsiniz. Ruhdan düşməyin. xəyallarınızdakı iş hardasa bir yerdə sizi gözləyir.
6. Daima hazır olun: İlk görüş üçün əlinizdən gəldiyincə çox hazırlaşın. Görüşdən əvvəl şirkətin məhsulları, markaları, mədəniyyəti, missiyası və vizionu haqqında məlumat sahibi olun.
7. Əsla gecikməyin: Görüşün növü nə olursa olsun, hər zaman ən azı on dəqiqə tez getməyə çalışın. Nəqliyyat, yağış kimi ünsürləri göz qarşısında saxlayın.
8. Paltar və davranışlarınıza fikir edin: Ən yaxşı geyimlərinizi seçin. İş iclaslarında kostyumun hər zaman zəmanətli bir seçim olduğunu unutmayın.
9. Danışmaqdan çox dinləməyə üstünlük verin: Bir yığıncaqda gərginsinizsə, çox danışmayın. Susub dinləyərək təşkilat haqqında çox əhəmiyyətli məlumatlar əldə edə bilərsiniz. Həmçinin söyləmək istəmədiyiniz sözləri söyləməkdən xilas olmuş olarsınız.
10. Yaxşı suallar verin: Hər görüşün sonunda, işəgötürən sizə mütləq sual soruşma fürsəti verəcək. Əvvəldən hazırladığınız suallar ilə orada işləməyə, həqiqətən, istəkli olduğunuz təəssüratı yaradacağınızdan əmin ola bilərsiniz.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN