İşiniz xoşunuza gəlmirsə

0
1816
İşiniz xoşunuza gəlmirsə

Saat səhər tezdən zəng çalır. Hər yerinizdən ağrı tutur, evdə qalmağa bir səbəb axtarırsız. Siz xəstə deyilsiz, bu depressiya deyil, bu ən pisidir, siz işinizi sevmirsiz.

Yalnız pul və işini itirmə qorxusu sizləri sevmədiyiniz işlə gündə məşğul olmağa vadar edir. Belə işə olan münasibət: siz içdən yeyir, bədbəxt hiss elətdirir, karyera yüksəlişinə maneə törədir.

Bəs bununla necə mübarizə aparmaq olar? Beləliklə, sizlərə bəzi məsləhətlər verməyə çalışacıq.


Dostluqlar qurun

Ətrafdan çox şey asılıdır. Dostlar sizə vaxtınızı keçirməyə kömək olacaqlar. Vaxtınız şən keçəcək, işinizin keyfiyyəti yüksələcək.


Əlavə iş tapın

Yəni işdə əlavə iş də görə bilərsiz. Urəyinizcə olan xırda bir iş sizin idarədə keçirəcəyiniz zamanı daha xoş edər. Hətta əlavə işiniz sizi yeni işə keçməyinizə də səbəb ola bilər.


Xəyallarınızın işini təsəvvür edin

“Nə ilə məşğul olmaq istəyirəm” sualına cavab verməmişsinizsə hər iş sizə darıxdırıcı gələcək. Cəmiyyətdə istədiyin statusu əldə etmək üçün nə işlə məşğul olmaq lazımdır, bunu öyrən. Bunu öyrəndikdən sonra xəyallarınızın işini də tez bir zamanda tapacaqsınız. Bilik və bacarıqlarınızı nümayiş etdirə biləcəyiniz işdə siz karyera yüksəlişinə də nail ola biləcəksiz.


“Hə” və “Yox”, bunları təyin edin

İşinizi sevmirsiz, dostlar işinizi dəyişməyi məsləhət bilir. Lakin tələsməyin, emosiyalara qapılmayın. İlk öncə “hə” və “yox”ları təyin edin və son qərarınızı gəbul edin. Yağışdan çıxıb yağmura düşməyin.


Həmişə belə olmayacaq

Hətta həbs olunanlar əfv olunmaq ehtimalını özlərində saxlayırlar. Sən isə azad insan və bunu unutma. Yeni, sevə biləcəyin işi nə zaman tapacağını təyin elə. Əgər iş tapa bilməsən işdən çıxma. Yox əgər işdən çıxmağı beyninə salmısansa elə vəziyyət yarat ki, səni işdən çıxartsınlar və müavinət versinlər.

 

ŞƏRH YAZIN