İşinizi itirmək istəmirsinizsə ...

0
1312
İşinizi itirmək istəmirsinizsə ...

 Əgər işinizdən məmnunsunuzsa, qovulmaq istəmirsinizsə bəzi vərdişləri unutmalısınız. Bu hansı vərdişlərdir?

 
"Forbes" jurnalı işi itirməyə səbəb ola bilən 14 vərdişin siyahısını tərtib edib. İlk yeri bu günün işini sabaha saxlamaq vərdişi tutur.
 
2-ci yerdə yalan danışmaq, 3-cü yerdə pessimist olmaq durur. Daha sonra işə gecikmək, elektron poçtunuzu gec-gec yoxlamaq, sosial şəbəkə bağlılığı, bədən dilindən düzgün istifadə etməmək, diqqətsizlik, pis danışıq qabiliyyəti, “yalnız canavar” sindromu - təkliyə meyllilik, tez özündən çıxmaq, məsuliyyətsizlik, mədəniyyətsizlik.

Əgər işdən qovulmaq istəmirsinizsə, bu vərdişləri unudun.

ŞƏRH YAZIN