Karyeranda Yüksəliş İstəyirsən?

0
2370
Karyeranda Yüksəliş İstəyirsən?

Əgər sən də karyerada yüksəliş barədə düşünürsənsə,o zaman bu xəbər tam sənə görədir.

1. İşdən nə gözlədiyinizi, nə istədiyinizi, nə olarsa, xoşbəxt olacağınızı hazırlamış olmalısınız.
Bir çox adam çalışdığı işdə çox da xoşbəxt deyil. Yaxşı, işdə keçirilən zaman evdə keçirilən zamandan daha uzun olduğu halda bu zaman dilimini necə daha faydalı keçirə biləcəyinizi neçə dəfə düşündünüz? Əgər hara doğru getmək istədiyiniz haqqında bir fikriniz yoxdursa, sizi oraya aparacaq addımları da ata bilməzsiniz. 
Onda bir az dayanıb düşünün: 5 il sonra nə etmək istəyirsiniz?, 10 il müddətində hansı nöqtəyə çatmağı planlaşdırırsınız? Bənzər bir işdəmi, yoxsa tamamilə fərqli bir sahədəmi çalışmaq istəyirsiniz? Mövcud işinizdə irəliləmək sizin əsas planınızdırmı? 
Bəs hədəfinizə doğru getməyinizi asanlaşdıracaq addımlar nələrdir? Hansı mövzularda əlavə təhsilə ehtiyacınız var? Hansı mövzularda praktika keçməlisiniz? Bunun üçün kimlərdən və ya hansı mənbələrdən faydalana, necə bir zaman planını reallaşdıra bilərsiniz? 
Qüsursuz bir kariyera istəyən hər kəs əvvəl “nə istədiyinə” qərar verməlidir. 

2.
Özünüzü tanımalısınız. 
Bir çox insan iş mühitində önə çıxmadan, bir az geridə dayanmağı seçim edər. Bunun səbəbi insanın öz güclü və zəif tərəflərindan əmin olmamasıdır. Hamımız bir qədər özümüzü aldadar, gerçək xüsusiyyətlərimizi görə bilmərik. Bəzən də işə alınmamaq səbəbini özümüzdə görmək istəmədiyimiz xüsusiyyətlərimizin qarşımızdakı tərəfindən görünməsidir.
Zəif tərəflərinizi inkişaf etdirə bilmək üçün əvvəl onları təsbit etməlisiniz, ən yaxşı yol bunun üçün başqalarının fikirlərindən faydalanmaqdır. 
Məsələn: sizi iş mühitində tanıyan 7 adam təyin edin, bunlar iş yoldaşlarınız, köhnə iş yerinizdə çalışanlar, müştəriləriniz, çalışdığınız müəssisələrdə təmas içində olduğunuz kəslər, köhnə boss və ya rəhbərləriniz ola bilər. Onlara bir e-poçt göndərin və sizin haqqınızda edəcəkləri səmimi şərh üçün çox məmnun olacağınızı söyləyin. Hər hansı bir tərif və ya dəstək cümləsi istəmədiyinizi də açıqca ifadə edin.Onlara 3 sual verin:
1. Mənim güclü tərəflərim nələrdir?
2. Mənim zəif tərəflərim nələrdir?
3. Zəif tərəflərim necə inkişaf etdirə bilərəm? 
Doğru kəsləri seçməyə səy göstərin, dost və ya ailə üzvləri bu iş üçün uyğun deyil. Çünki onlar həm sizi iş mühitinizdə tanımazlar, həm də sizi üzməmək üçün həqiqəti söyləməyə bilərlər. 

3. Zəif tərəflərinizi aradan qaldırın, qalan güclü tərəfləriniz olsun.
2 nömrəli tövsiyəni yerinə yetirib fərqli kəslərin fikirlərini əldə etmisinizsə, bu qiymətləndirilməlidir.Əgər düşüncələrini soruşduğunuz kəslərin sizin haqqınızda yanıldığını düşünsəniz,yalnız səhv etmiş olarsınız. 
Əgər sizi tanıyan şəxslər sizin bəzi zəif istiqamətlərinizi görə bilirlərsə, iş görüşməsi etdiyiniz kəslər də bunların bəzilərini görüb sizdən imtina edə bilər. 
Bugünün iş həyatında namizədlər yeni texnikalar öyrənərək özlərini daha yaxşı təqdim etmək üçün çalışırlar. Yaxşı bir iş tapa bilmək və qəbul edilmək gedərək çətinləşdiyi üçün “zəif tərəflərinizin üzərində çalışaraq” onları yox etməli və ya azaltmalısınız. 
Zəif tərəfləriniz ilə mübarizə edə bilmək üçün başqa kəslərin fikirlərindən faydalana bilərsiniz. İş yoldaşlarınızın, müdirinizin, yoldaşlarınızın təkliflərini soruşun və onları dinləyin. 
Əgər bir mövzuda təhsil əksikliyiniz varsa, onu tamamlayın, əgər davranışlarınızı dəyişdirməniz lazımdırsa, bunun üçün bir addım atın. 

4. Ətrafınızı genişləndirin. 
Çox sayda firma heç elan vermədən yeni işçi axtarar. Siz iş elanları üçün mətbuat və ya internet saytlarını izləyərkən bir çox adam bu nəşr olunmayan işlər üçün görüşür. Bu cür işlər ağızdan ağıza yayılır, tanışlar bir-birilərinə bu yeni işləri xəbər verir. Başqa sözlə bu işlərdən xəbəriniz ola bilməsi üçün insanların sizi tanıması, sizin qabiliyyət və təcrübələrinizi bilməsi lazımdır. 
Kariyerasını inkişaf etdirmək istəyən bir insana veriləcək ən əhəmiyyətli tövsiyə “ətrafının inkişaf etdirməsini və görünən olmasını” xatırlatmaqdır. 
Yeni insanlar ilə tanış ola biləcəyiniz yerlərə, konfranslara, sərgilərə daha tez-tez getməlisiniz. İnsanlar ilə əlaqə qurmalı, özünüzü və edə biləcəklərinizi onlara tanıtmalısınız. Danışacağınız kəslər bəlkə də sizin kimi birinin axtarıldığı açıq bir mövqeyi bilir və ya onların bir tanışı bu məlumata sahib ola bilər; kimin hansı daşı qaldıra biləcəyini əsla bilməzsiniz. 
Yeni insanlar ilə tanış olduğunuzda onlarla səmimi olaraq maraqlanmalı, onlar haqqında məlumat əldə etməlisiniz (nə iş görürlər, nələri sevir, nələri sevmirlər ...). Yaxşı bir natiq olmaq yerinə yaxşı bir dinləyici olmağınız yeni dostlar qazanmağınızı asanlaşdıracaq. Yeni insanlar ilə qarşılaşmanız asan, onlar ilə əlaqənizi qırmadan davam etdirə bilmək isə çətindir. Onlar yeni iş fürsətinin xəbərini aldıqda sizi xatırlayıb bu xəbəri sizə köçürə bilmək üçün sizi unutmamış olmalı və sizə çata bilmədilər. Bunun üçün bir neçə ayda bir onların xətrini soruşmalı, onlar ilə maraqlanmağa davam etməlisiniz. 

5. İşi hər ölçüsü ilə qiymətləndirin. 
İşin sizə təmin edəcəyi maddi qazancların yanında başqa faktorlar da vardır. 
Bu işi nə qədər istəyirsiniz? 
Uzun müddətli kariyera planınıza nə qədər uyğundur? 
Bir işi qəbul etmədən əvvəl aşağıdakı nöqtələri nəzərdən keçirməlisiniz: 
 
Qabiliyyətlərinizin istifadəsi: Bu iş qabiliyyətlərinizin nə qədərinin istifadəsini təmin edəcək. Məsələn: Siz müştəri ilə üz-üzə danışarkən müvəffəqiyyətlisinizsə, kağızlar ilə dolu bir iş sizə uyğun olmaya bilər. 

İnkişaf etmə imkanları: Bu iş uzun müddətli karyera planlarınıza uyğundurmu? Bu işi bir artım daşı kimimi düşünürsünüz , yoxsa təklif,mövqe sizi xoşbəxt edirmi? 
 
Müdiriniz kimdir: Müdiriniz ilə tanış oldunuzmu? Onunla və rəhbərlik tərzi ilə nə qədər rahat olacaqsınız? 

İş yoldaşlarınız kimdir: Çalışacağınız insanlar ilə çalışabiləcəyinizi, onlar ilə müvəffəqiyyətli ictimai əlaqələr qurabiləcəyinizi düşünürsünüzmü? 

İş mühiti: Çalışacağınız bina, ofis, lokasyon xoşunuza gəldimi? İş yeriniz sizin ehtiyaclarınızı qarşılayırmı? 
 
Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN