Karyeranıza təkan verəcək 5 sadə qayda

0
2191
Karyeranıza təkan verəcək 5 sadə qayda

Hamımız istəyirik ki, işdən sonra bir az rahatlanaq, amma əksər halda vaxtımızı səmərəsiz yerə sərf etmiş oluruq. Televizora baxmaq əvəzinə nəyə görə elə evdəcə özünüzə karyera qurmayasınız.   

Əgər işdə irəliləmək və öz sahəniz üzrə mükəmməl ekspert olmaq istəyirsinizsə, siz əzmlə çalışmalı və öz hədəfinizə doğru getməlisiniz. Oxuyun ki, elə evdəcə bir neçə sadə tövsiyəyə əməl edərək öz karyera yüksəliş imkanlarınızı artırmaq yollarını öyrənəsiniz. Narahat olmağa dəyməz, bunlar sadə tövsiyələrdir, vaxtınızı çox almayacaq.

1. Onlayn kurslara baxın

Əgər uğurlu olmaq istəyirsinizsə, heç zaman öyrənməyi dayandırmayın. Axı mükəmməlliyin son həddi yoxdur. Onlayn kurslar axtarın və sizin karyera hədəflərinizə ən çox uyğun olanı seçin. Bu sizə öz sahənizdə ekspert olmağa kömək edəcək.

2. Kitab və məqalə oxuyun

Sizin karyeranız ilə əlaqəsi olan kitab və məqalələri oxuyun. Kitabı bir dəfəyə, bir nəfəsə oxuyub qurtarmaq vacib deyil. Gün ərzində bir və ya iki fəsil oxuyun, bu bəs edəcək və daha effektli olacaq. Sizin sahənizlə bağlı kitab və məqalələri oxumaq sizə həmişə baş verən cari hadisələrdən xəbərdar olmağa kömək edəcək. Həmçinin bu sizə aid olduğunuz sahə ilə bağlı bilikləri yeniləməyə, yeni yanaşmalar tapmağa kömək olacaq.

3. Vakansiya elanlarını nəzərdən keçirin

Bəzən sərbəst iş yerlərinə nəzər salmaqda fayda var. Bu aktiv iş axtarışı sizin üçün yeni və əlçatan iş imkanlarını görməyə imkan verəcək. İş yerinizdə gecikdirilmiş əməkhaqqını gözləməkdənsə yeni kompaniyada iş şansını nəzərdən keçirin. Indiki çalışdığınız yerdə gördüyünüz işə görə başqa bir yerdə sizə daha yaxşı əməkhaqqı və şərait təklif edə bilərlər. Həmçinin yeni iş elanlarında işçilərdən hansı bilik və bacarıqları tələb edildiyinə diqqət edin.

4. Parlaq ideyalar

Əgər boş vaxtınız varsa, öz işinizin təkmilləşdirilməsi yolları haqqında düşünün. Əgər parlaq ideyalarınız varsa, onları öz rəhbərlinizlə müzakirə edin. Öz qətiyyət və işləmək ehtirasınız ilə siz müdirinizdə yaxşı təəssüratlar qoyacaqsınız, bu isə ona sizə olan professionallığı sezmək imkanı verəcək. Boss tərəfindən zəhmətinizin təqdir olması və sizin özünü onun yanında təsdiqləyə bilməniz karyeranız ən müsbət hal olacaq.

5. Xəbərləri izləyin

Bu bir az qəribə səslənə bilər, amma əgər siz ictimai xidmət sektorunda çalışırsınızsa, sizin xidmət sahənizlə toxuna biləcək son xəbərlərdən agah olmaq çox vacibdir.

Əgər karyera nərdivanında irəliləmək istəyirsinizsə, bu sadə tövsiyələri heç zaman unutmayın. Bu o demək deyil ki, siz daima öz işiniz haqqında düşünməliniz, sadəcə öz biliklərinizi itiləmək heç zaman ziyan gətirməz. İşlənməyən bıçaq isə kütləşər. 

 

ŞƏRH YAZIN