Karyerist qadının qeydləri

0
2107
Karyerist qadının qeydləri

Əziz xanımlar, işdə uğur qazanmaq istəyirsənsə, bu qeydləri mütləq oxuyun. Nədən başlamalı və müvəffəqiyyətə doğru hansı şərtlər var?


Nədən başlamalı:
1.    Qarşına məqsəd qoy. Hara getmək istədiyini bilməyən şəxs həmin yerə çatıb-çatmadığını da dərk edə bilməz. Ona görə də qarşınızda aydın məqsəd qoyun. Xırdaçı olmayın.
2.    Plan tərtib edin. Keçən ildən yığılıb - qalmış işlərin hamısını bu plana salmağa tələsməyin. Yaxşı olar ki, 1 - 2 ən vacib olanları müəyyən edib,, onları həyata keçirəsiniz.
3.    Vaxt məhdudiyyəti qoyun. Boş söhbətdən işə keçməyin ən sınanmış üsuludur. Bir şərtlə ki, özünüzü sürət  rekordçusu kimi görməyəsiniz. Çalışın ki, başladığınız işi bitirəsiniz. Bir işi qurtarmamış, o birinə başlamağa tələsməyin.
4.    Özünüzə stimul seçin. Seçdiyiniz stimul sizi ruhlandıracaq. Özünüzə qarşı tələbkarlığı bir qədər artırın və tənbəlliyin daşını atın. Belə edə bilərsininiz: plyus və minuslarınızı yazın və ümumi nəticə çıxarın. Birdən onların nisbətini birincilərin xeyrinə dəyişmək sizə nəsib oldu?
5.    Özünüzə «yox» deməyi öyrənin. Həyatda elə işlər var ki, onların öhdəsindən gəlmək sizin üçün çətindir. Bacardığınız işdən yapışın və başqalarına yaxşı görünmək xatirinə özünüzü çətin vəziyyətlərə salmayın.
6.    İndi isə «Vaxtdır» deməyin əsl zamanıdır. Yüz ölçüb, bir  biçməyin zamanı gəlib - çatdı. Hər şeyi götür-qoy etdinizsə, nəzərdə tutduğunuz işə başlayın. Birdən - birə ağır işdən yox, yüngüldən başlayın.
7.    Ən vacib olandan başlayın. Bunun seçimini isə özünüz edin - hansı sizin üçün daha vacibdir?
8.    Vaxtdan səmərəli istifadə edin. Vaxtımız həyatın bizə bəxş etdiyi yeganə nemətdir ki, o bizim özümüzə məxsusdur. - Bu kəlamı hələ keçən eranın əvvəllərində yaşamış romalı filosof Seneka demişdir. Bu gün görməli olduğun bir işi sabaha qoyma. Vaxtını düzgün bölüşdürmək üçün gündəlik tərtib et. Boş yerə keçirdiyin vaxtı qiymətləndirməyə çalış.

Müvəffəqiyyətin şərtləri:
1.Ardıcıllıq və sistem. İşə başlamaq üçün ilham pərisinin gəlişini gözləmək lazım deyil, özünün buna hazır olduğuna inanmaq lazımdır. P. Çaykovski bu qonağın tənbəlləri sevmədiyini deyirdi. Şərqlilər isə «dağa qalxmadan zirvəyə çatmaq olmaz» hikmətini öyrədirlər. Doğrudan da, gündə üç xarici söz öyrənsəniz, bu bir ildən sonra 1000 söz deməkdir. Nəzərə alsaq ki, alman dilində  ədəbi dil lüğətinin dörddə üçü cəmi... 320 sözdən ibarətdir...
2. Ritm. Hər kəsin müəyyən yaşayış ritmi var. Səhər yuxudan oyanmaq, axşam yatmaq və yaxud gün ərzində istirahət edib, gecə işləmək - bu sizin şəxsi seçiminizdir. Lakin çalışın ki, işlə istirahət arasında düzgün bölgü aparasınız. Fizioloqlar istirahəti eyni saatda təşkil etməyi məsləhət görürlər. Hətta işləyərkən, istirahət edə bilərsiniz: bunun üçün məşğuliyyətinizi dəyişin. Məşhur alim Ç. Darvin öz tərcümeyi-halında yazırdı ki, «...Mən eyni zamanda tamamilə fərqli bir neçə məsələ ilə məşğul ola bilirəm».
3. Özünənəzarət. Özünüzə qarşı tələbkar və hətta bir qədər amansız olun, yolun yarısından qayıtmayın.
4.Planlı iş.  Düşünülməmiş addım atmayın, qabaqcadan düşünüb-daşının ki, sonra peşman olmayasınız. Görəcəyiniz işlərin planını tutun.
Maraqlıdır, bizim karyerist xanımlarımız daha nələri təklif edə bilərlər? Yazın, çünki bütün müsbət və yaradıcı ideyalarınız kiminsə təcili gərəyi ola bilər.
 

ŞƏRH YAZIN