Məhsuldarlığınız 0-A Yaxınlaşır?

0
1529
Məhsuldarlığınız 0-A Yaxınlaşır?

Bəzən yaranan bəzi problemlərdən dolayı əmək məhsuldarlığınız 0 səviyyəsinə enir. Nə etsəniz də faydası yox. Əgər bu problem ətrafda deyil, sizin beyninizdə, xüsusilə fikirlərinizdə yaranıbsa, o zaman işi əvvəlki templə davam etdirməyiniz qeyri-mümkündür. Ona görə, təmizliyə beyninizdən başlayın. Əmək məhsuldarlığı səviyyəsini sıfra yaxınlaşdıran fikirlərlə tanış olun və o fikirləri silməyə başlayın.
Mən bu işin öhdəsindən gələ bilmərəm
Əksər insanlar gün ərzində bir çox işlər görsələr də, günün sonunda həmin gün üçün nəzərdə tutduqları işlərin heç birini icra etmədiklərini dərk edirlər. Bu insanlar əsas işləri əhəmiyyətsiz işlərlə əvəz edənlərdir. Sözügedən insanlar əsas işlərin icrası üçün kifayət qədər gücə, zamana və bacarığa malik olmadıqlarını düşünən insanlardır.
Bütün işləri eyni anda görə bilərəm
Təəssüf ki, heç birimiz Yuli Sezara məxsus “eyni anda bir neçə işi görmək” bacarığına sahib deyilik. Bir neçə işi eyni anda icra edərkən siz bir çox səhvlərə yol verə, bir çox detalı gözdən qaçıra və əhəmiyyətsiz işlərə həddindən artıq çox zaman sərf edə bilərsiniz.
İstirahət etmədən çalışmaq
İstirahət etmədən çalışmaq mümkündür. Lakin bu zaman sizin diqqətiniz zəifləyə, gücünüz tükənə və gözləriniz yorula bilər. Sadəcə unutmamaq lazımdır ki, istirahət boşa keçən zaman deyil, böyük şövqlə fəaliyyətinizi davam etdirmək üçün gücüzün bərpasını təmin edən zaman kəsiyidir.
Gün ərzində görəcəyim işləri nizama salmaq üçün işləri təsnifatlaşdırmağa ehtiyac yoxdur
Bəzi insanlar düşünür ki, gün ərzində görəcəkləri işlərin siyahısını hazırlamaq onları buna bənzər vasitələrdən (cədvəl, siyahı və s.) asılı hala sala bilər. Əksinə, işləri bu formada təsnifatlaşdırmaqla, unutduğunuz vacib işi bu siyahı vasitəsilə xatırlaya bilərsiniz.
Yalnız bir dəfə internetə baxmaq fikri ilə sosial şəbəkələrə daxil olub saatlarla kompyuter qarşısında əyləşmək
Bu yalan demək olar ki, hamımıza tanışdır: "Yalnız bir neçə dəqiqəlik internetə daxil olub, sonra işimi davam etdirəcəm”. Nəticədə isə saatlarla kompyuter qarşısında əyləşərək gün ərzində nəzərdə tutduğumuz planları icra edə bilməmişik. Əgər həqiqətən də bütün işlərinizi zamanında yerinə yetirmək istəyirsinizsə, o zaman bütün diqqətinizi yalnız bu məsələyə yönəldin. İş zamanı telefonunuzun səsini alın, sosial şəbəkələrdən uzaqlaşın və yalnızca işlərinizlə məşğul olun.
Bütün vacib işləri bügün, vacib olmayan işləri isə sabah görəcəm
Unutmayın ki, siz günün bütün saatlarında maksimum dərəcədə diqqətli ola bilməzsiniz. Bəzi insanlar səhər, bəziləri isə axşam saatlarında özlərini enerjili və həvəsli hiss edirlər. Bu səbəbdən enerjili və işə istəkli olduğunuz vaxtlarda vacib işlərinizi, günün digər hissəsində isə daha az əhəmiyyət kəsb edən işlərinizi görün.
Bütün işlərimi yolda olarkən görə bilərəm
Bu fikrə sahib insanlar görəcəyi işləri vacib və əhəmiyyətsiz işlərə ayırmadan istənilən işin icrasına başlayırlar. Sözügedən insanlar hər bir işin ən vacib hissəsini gözdən qaçırır, görüşlərə vaxtında gəlməyi unudur, sənədləri səhv salır və digər işlərdə səhvlərə yol verirlər.
Problem deyil. Mən bütün işlərin öhdəsindən gələrəm
"Yox" deməyi öyrənin. Əks təqdirdə icrasını gözləyən işlərinizin sayı-hesabı olmaz. Təsəvvür edin ki, şirkətdə bir çox işçi var, lakin siz heç kimə yox deyə bilmədiyiniz üçün sizin işiniz onlardan daha çoxdur. Bunun nəticəsində siz nəinki istirahətə, hətta yuxuya da vaxt tapmaya bilərsiniz. Buna görə də insanların təkliflərinə etiraz etməyi öyrənin. Sizin də istirahətə ehtiyac duyduğunuzu və öz məqsədlərinizin, eləcə də öz həyatınızın olduğunu unutmayın.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN