Memar – Əsl kişi işi

0
2767
Memar – Əsl kişi işi

Memar – kişilər üçün ən hörmətli peşədən biridir. Memarlıq insan oğlunun incəsənəti sevdiyi andan yaranan bir peşədir. Memar – xüsusi yaradıcı bir peşədir ki, indivduallığı və fantaziyaları sevir. Özlüyündə memarlıq bir çox istiqamətləri cəmləşdirir ki, bu peşəyə baş vuran hər bir insan istədiyi istiqaməti seçə bilər.


Memar – yaradıcı insan olduğundan komfortu və harmoniyanı sevir. Buna görə də, böyük layihələrə can atarkən həssas olun, komfort və harmoniyanı düşünün. Memar kiçik işlərlə də, pedaqoqika, kiçik layihələr, layihə axtarış işləri ilə də məşğul ola bilər, əsas həmin komfortu tutmaqdır. Müasir həyatda az maaş verilən memar işi olmadığından, memar olmaq həmişə qazancının olması deməkdir.

Memarın yeniliyə can atması, öz işlərini dünya səviyyəsinə çıxartmaq və hər kəsə danışmaq istəyi alqışla qarşılanır. Memarın savadlı olması isə ən vacib amillərdən biridir. Kişi memar həm mühəndisliyi bilməli, rəssamlıqdan uzaq olmamalıdır. Memarlıq bu iki peşənin sintezindən yaranan özü bir peşədir. Memar hər bir tənqidə açıq və dözümlü olmalıdır. Hər şey birdən olmur, bəzən illər tələb olunur ki, memarın yüksək ixtisaslığı üzə çıxsın.

Memar – əlavə mütəxəssislərlə daimi əlaqədə olan bir insandır. Beləki, mühəndislər, konstrukturlar və hətta fəhlələrlə belə əlaqəsi olan bir peşədir.

Müasir zamanda memarlıq populyar və prespektivli kişi peşəsidir.

ŞƏRH YAZIN