Niyə sizi işə qəbul etməyəcəklər: TOP 3 səbəb

0
1692
Niyə sizi işə qəbul etməyəcəklər: TOP 3 səbəb

Bugün sizlərə işə düzələrkən hansı səhvləri yerinə yetirməməyiniz barəsində söhbət açacayıq. Buraxacağınız əsas 3 səhv barəsində aşağıda oxuyun.

Həvəsin olmaması

İş verən tərəf sizin tam maraqlı olduğunuzu hiss eləməlidir. Özünüzü “təlxəy” kimi aparmayın. Müsahibə zamanı çalışın bütün bədəniniz ilə bu işi istədiyinizi bildirəsiniz, çalışın gözləriniz parıldasın. Yaxşı olar ki, bir neçə çətin vəziyyət misal gətirəsiniz ki, onlardan mahircəsinə çıxmısınız.

Vəzifə borcunu tam anlamamaq

Çox vaxt namizədlər sanki istədikləri vəzifədə qüsursuz işləyəcəklərini iddia edirlər. Onlar özlərini elə aparırlar ki, sanki bunlar hər şeyi bilir və hər bir şeyin öhdəsindən gələ biləcəklər. Diqqət! Qırağdan bu hal “yekexanalıq” kimi görünür. Məsləhətimiz müsahibəyə getməmişdən öncə vakansiyanı tam araşdırmaq, müsahibə zamanı yalnız söz verilən zaman danışmaq və ən əsası da suallara mövzuya uyğun cavab verməkdir.

Sualın olmaması

Namizədin sualları ilk öncə onun marağıdır. Əgər namizəd vakasiya, gələcək işi barəsində, kollektiv barəsində, şirkət barəsində heç bir sual vermirsə, deməli onun vecinə belə deyil.

Təcrübəli və ağıllı namizəd müsahibəyə gələn zaman bir neçə sual hazırlayır. Bəziləri hətta sualları yazılı şəkildə gətirib, üzündən oxuyurlar. Qorxusu yoxdur, əsas iş verən tərəf sizin hazırlaşdığınızı hiss eləməlidir. Ən əsası isə sualları vaxtında verməyi bacarmalısınız.

 

ŞƏRH YAZIN