Pis Müdirlərin Pis Vərdişləri

0
1903
Pis Müdirlərin Pis Vərdişləri

Bir çox iş yerlərində heç kəs müdirini sevmir, əksinə ona nifrət bəsləyir, elə deyil? Təbii ki, bu da işin düzgün qurulmaması səbəbindən yaranır. Amma işinizi düzgün qursanız, durum onların lehinə dəyişə bilər. İş yoldaşlarınız yanınızda özlərini rahat hiss etsələr, problem yoxdur deməkdir. Yaxşı, bəs səhv nədədir? Sizi pis müdir edən pis vərdişlərə nəzər salaq:

1. Düzgün münasibət qurmasanız, yanınızda çalışanların fikirlərini oxuya bilməzsiniz. O zaman onların sizin fikirlərini oxumasını gözləyirsiniz? Arada ünsiyyət anlaşılmazlığı olduğunda hər kəs narahat olur. İstəklərinizi dəqiq bir səkildə bildirmədikdən sonra, onlara qəzəblənib auranı mənfiləşdirmənin bir faydası yoxdur. Bir neçə məsləhət:

Ünsiyyət üçün zaman ayırın. Gündə ən azı 15 dəqiqənizi çalışanlarınızla ünsiyyət və məlumatlandırma üçün ayırın. Onlarla danışın və müzakirələr edin.

İşi yaxşı təqdim edin. İşçilərinizə ancaq mənfi siqnallar yollasanız, sizə əhəmiyyət verməməyə başlayacaqlar. Onlara müsbət enerji verin.

İnsanların mesajlarınızı aldığından əmin olun. Dostlarınızla danışmazdan əvvəl düşünün və istədiklərinizi dəqiq bir şəkildə ifadə edə bilməyinizdən əmin olun.

İşçilərinizi dinləyin. Ünsiyyət yalnız sizin istəklərinizdən ibarət olmamalıdır. İşçilərinizin dediklərini dinləyin, ciddiyə alın və buna görə davranın.

2. Hazır olmadıqları müddət ərzində insanların vəzifələrini qaldırmayın; İnsanları yüksək vəzifəyə qaldırmaq çox yaxşı olsa da, buna hazır olmadıqlarında lazım olan nəticə alınmır. Bu işi tam görə bilməyən, stresli və digər işçilərə kifayət qədər köməkçi ola bilməyən insan olur. İnsanların vəzifəsini yüksəltməzdən əvvəl qabiliyyətlərini yoxlayın. İşçilərinizdən birinə bir günlük yerinizə keçməsini söyləyib, nələri edə biləcəyini yoxlaya bilərsiniz. Bu kimi işləri onların görməsinə icazə verin və nəticəni görün. Bu işlərin bir qismini belə görə bilməyən biri qətiyyən daha böyük bir mövqeyə keçməyə hazır deyildir.

3. İşinizlə qürur duyursunuz? Güclü bir mövqedə olmaq gözəl bir hiss olsa da, bəzən insanların sizdən soyumasına səbəb ola bilər. Əgər həyatda mənəm-mənəm deyib, özünüzü yuxarıdan aparsanız, insanlara yuxarıdan aşağı baxsanız, böyük ehtimalla işçilərinizin gözündən düşərsiniz. Onlardan yüksək vəzifədə olmağınız, onlardan yaxşısınız demək deyildir! Çalışanlarınıza işlərinin ən azı sizinki qədər əhəmiyyətli olduğunu hiss etdirin. Onları təqdir edin. Nahar yeməyində birlikdə nahar etmənizdə böyük fayda olar.

4. Hədəfinizi kifayət qədər paylaşmırsınız; Final layihənin necə olacağını başınızda yaxşı bir şəkildə müəyyənləşdirmiş ola bilərsiniz, amma işçiləriniz zehninizi oxuya bilməz! Onlardan nə gözlədiyinizi bildirməsəniz, onlar da təqdimatı edə bilməzlər. Buna görə də layihənin A-dan Z-yə bütün detalları izah edilməlidir.

5. Hər şeyi bildiyinizi düşünməyin; Çoxbilmişlik etməyiniz işçilərin canını sıxacaq. Əgər «Hər şeyi bilirəm!» ədası ilə çıxış etsəniz, işçiləriniz onları təhqir edə biləcəksiniz qorxusu ilə sizə fikirlərini söyləməyəcəklər. Açıq fikirli olun və işçilərin öz fikirlərini dilə gətirməsinə icazə verin. Sizin bilmədiyiniz şeyləri biləcəklərini qebul edərək, bir çox şeyləri öyrənməyə çalışın.

6. İşçilərinizə azadlıq verin; Bəzi müdirlər elə pis qaydalar qoyurlar ki, işçilər özlərini hərbi sistemdə hiss edirlər. İşçiləriniz ilə sərt olmaqdan çəkinin və onlarla düzgün rəftar edin. Tədqiqatlar göstərir ki, sərbəst işləyən işçilər xoşbəxt, sağlam və məhsuldar olurlar. İşçilərə sərbəstlik verə biləcəyiniz bəzi sahələri qeyd edək:

— 9-5 arası iş saatları onları buraxın; İşçilərinizə öz proqramlarını sərbəst qurmağa şərait yaradın.

— Günorta yeməyi üçün müəyyən bir müddət təyin edin, amma hansı saatlarda yeyəcəklərinə işçilər özləri qərar versinlər.

— İş arasında işçilərin musiqi dinləməsinə icazə verin.

— İşçilərinizlə telefonda danışanda əsəbləşməyin. Qısa internet və mesajlaşma onları daha məhsuldar edə bilər.

7. Rəqabət aparırsınız? Kiçik rəqabətlər işçiləri motivasiya etmək üçün yaxşı ola bilər, ancaq fərqli qrupları davamlı bir-birinə qarşı qaldırsanız, bu qarşıdurmaya yol açacaqdır. İnsanları öz üzərlərində motivasiya edin, başqaları ilə müqayisə etməyin.

8. Bütün işi özünüzə bağlayırsınız? Daha əvvəl bir layihənin sonunda bu layihə üçün doğurdan da çox işlədim dedinizmi? Bu işi tək görmədiyinizi yadınıza salın. Bütün işi özünüzün gördüyü kimi aparsanız, insanlar sizinlə iş görmək istəməyəcəklər. Kimin nə iş gördüyünü izah edərək danışmağa çalışın. Yaxşı bir müdir olmaq çətindir. Bu pis vərdişlərdən əl çəksəniz, doğurdan da yaxşı bir müdir, ən əsas sevilən bir insan ola bilərsiniz.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN