Pis vərdişlər: işdən niyə çıxarda bilərlər

0
2459
Pis vərdişlər: işdən niyə çıxarda bilərlər

Ən yaxşı kadrları da işdən çıxardırlar. Çünki bəzi pis vərdişləri bəzi yerlərdə qəbul etmirlər.

Vacib zənglər

Əgər vacib zəng qəbul etməlisiniz isə və yaxud onlayn konferensiyada iştirak etməlisiniz isə bunu sakit bir yerə keçərək ediniz. Qaynayan çaynikin səsi, evdəki səs küy, dostların yığıncağı sizin nüfuzunuzu heç edə bilər. Ən yaxşısı belə vəziyyətlərdə üzr istəyib sonradan sakit bir yerdə zəng etməkdir.

Stress büruzələri

Sizin stresiniz üzə vurmamalıdır və işdə sizə maneə etməməlidir. Psixoloq Haydi Hanna deyir ki, stress zamanı neqativ enerjiniz ətrafdakıların iş məhsuldarlığına mənfi təsir edir. Stresə əsir düşməyin, özüvüzü ələ alın.

Dilə nəzarət

Həyatdan bir hadisə:

Direktorların görüşməsindən sonra Francesca’s geyim satışı firmasının maliyyə direktoru Cın Morfis o qədər görüşmədən razı idi ki, öz sevincini tvitterdə bölüşmüşdür: “Şura toplantısı. Yaxşı rəqəmlər = xoşbəxt direktorlar”. Onu dərhal işdən azad etmişdirlər. Səbəb – hələ bütün investorlara xəbər verilməmiş gizli informasiyanın yayılması olmuşdur.

İclas

Aktivlik – sizin ikinci adınızdır. Fikirlərivizi söyləyin, ideyalar verin, yaxud sadəcə söhbətin içində olun, həmkarlarınızın gözünə baxın.Əks halda sizin heçnə vecinizə olmadığını düşünəcəklər.

Telefon

“WORKS by Nicole Williams”ın redaktoru Cıll Caçintonun sözlərinə görə sizin şəxsi məsələlərinizi işdə kimsə bilmək məcburiyyətində deyil və etik cəhətdən düzgün deyil.

Qida

İş yerində yemək yemək etik deyil. Əgər nahara özünüzlə yemək gətirmisiniz isə onu yaxşı olar ki, yeməkxanada yeyəsiniz. Əks halda həmkarlarınız tədricən sizdən bezəcək. Sonrasında da nə olacağını bilmək olmaz.
 

ŞƏRH YAZIN