Rəhbərinizin sizi sevmədiyinin 4 əlaməti

0
1446
Rəhbərinizin sizi sevmədiyinin 4 əlaməti

Bəzən siz işləyirsiniz, bildiyiniz kimi rəftar edirsiniz, lakin rəhbərinizin bu özbaşınalıqdan bezib və sadəcə üzünüzə vurmur. Lakin bu o demək deyil ki, bir gün “partlamayacaq” və sizi işdən qovmayacaq. Rəhbərinizin sizinlə davranışından sizi sevib, sevmədiyini öyrənin.

Sizinlə danışanda önündəki çayı qırağa çəkmir

Gülünc görsənsə də bu belədir. Beləki, psixoloqlar iddia edirlər ki, bununla rəhbər sizinlə olan aranıza sərhəd çəkir. Sizin tez bir zamanda onun otağını tərk etməyinizi gözləyir, ona maneə olduğunuzu və əsəbləşdirdiyinizi hiss elətdirmək istəyir.

Sizinlə daim üz-üzə dayanır

Yadda saxlayın: əgər insanlar bir-birinə simpatiya hiss edirlərsə, onlar əsasən çiyin-çiyinə dayanırlar. Bu bir-birilərinə inamın olmağına işarədir. Üz-üzə isə yalnız düşmənlər gəlir.

Sizdən gizlənir

Bədən dilinə fikir verin. İnsanlar sevmədiyi insanlarla danışan zaman bədənlərini maksimum gizlətməyə çalışırlar. Əgər rəbəriniz sizinlə danışan zaman əllərini sinəsində iç-içə salır, ayaqlarını bir-birinin arxasına keçirib dayanır və s., sizin işiniz çətindir.

Siz yalnız mail ilə danışırsınız

Aktiv şəxsi təmas – inam və hörmətin əlamətidir. Əgər siz maillə olduğu qədər (və ya telefon) göz-gözə də əlaqədə olursunuz isə, qorxusu yoxdur. Yox əgər rəhbəriniz sizinlə yalnız mail ilə əlaqə saxlayırsa, vəziyyət pisdir.

 

ŞƏRH YAZIN