Rifah halını qiymətləndirməyin 8 meyarı

0
2509
Rifah halını qiymətləndirməyin 8 meyarı

Bu metodika vasitəsilə siz mürkkəb hesablamalar aparmadan həyat səviyyəsini və maddi rifah halını qiymətləndirməyə müvəffəq olacaqsınız. Aşağıda qeyd olunan ardıcıllığa diqqət yetirin.


1. Sizin xalis aktivləriniz mənfidir.

2. Aylıq məcburi ödənişlər (aktivlərin artması ilə əlaqəli olmayan ödənişlər) sizin aylıq gəlirinizin 70%-ni və hətta daha artığını təşkil edir.

3. Siz müntəzəm olaraq yığım və ya investisiya (gəlirin 10%-i) yaratmırsınız.

4. 1 ildən artıq müddətə verilmiş istehlak kreditləriniz var.

5. Siz sığortalanmamısınız.

6. 3 və ya 6 aylıq maddi ehtiyaclarınızı qarşılyacaq maliyyə ehtiyatınız yoxdur.

7. Yalnız bir gəlir mənbəyiniz var.

8. 10-20 il sonraya aid dəqiq maliyyə planınız var.

İndi isə bu halları ətraflı şəkildə nəzəndən keçirək.

1. Mənfi xalis aktivlər

Bu halda aktivlər dedikdə, nağd pul, depozit, qiymətli kağızlar, sizə qaytarılacaq borclar, sizə məxsus qiymətli əşyalar (daşınmaz əmlak və məişət texnikası deyil, məsələn, avtomobil, zinət əşyaları, əntiq əşyalar və sikkələrdən ibarət kolleksiya) nəzərdə tutulur.

Passivlər sırasına isə kreditlər (ipoteka istisna olmaqla) və cari vaxt üçün hər hansı bir şəxsə olan borclar nəzərdə tutulur. Əgər aliment kimi uzunmüddətli borclarınız varsa, onlar nəzərə alınmır. Eyni zamanda ipoteka kimi daşınmaz əmlak da qeydə alınmır.Mövcud aktivləri cəmləyirik və passivləri kənarlaşdırırıq. Xalis aktivlərin çox olması vəziyyətin yaxşı olduğunu göstərir.

2. Aylıq məcburi ödənişlər (aktivlərin artması ilə əlaqəli olmayan ödənişlər) sizin aylıq gəlirinizin 70%-ni və hətta daha artığını təşkil edir.

Bütün məcburi ödənişləri - mənzilə, kreditə, təhsilə, sığortaya, borclara, müalicəyə və ərzağa sərf etdiyiniz xərcləri hesalayırıq. Aylıq gəlirdən geriyə nə qaldığını müəyyən edirik. Əgər yerdə qalan məbləğ 30%-dən az olarsa, bu, xərclərinizin yüksək, gəlirlərinizin isə az olduğu mənasına gəlir. Qeyd edək ki, aylıq gəlirin bu hissəsi ilə siz nə rahat yaşaya, nə də yığım və ya investisiyalar yarada bilərsiniz.

3. Siz müntəzəm olaraq yığım və ya investisiya (gəlirin 10%-i) yaratmırsınız.

Əgər siz qazandığınız bütün pulları xərcləyir və gəlirinizin hətta 10% ilə də investisiya yarada bilmirsinizsə, unutmayın ki, gələcəkdə özünüzü sırf təqaüdlə yaşamağa məhkum edirsiniz.

4. 1 ildən artıq müddətə verilmiş istehlak kreditləriniz var.

Əgər sizin istehlak kreditləriniz (həyati əhəmiyyət kəsb edən amillərlə əlaqəli olmayan) varsa, o zaman sizin pula qənaət etmədiyinizi və öz maddi vəsaitlərinizdən tam şəkildə istifadə etdiyinizi təxmin etmək elə də çətin deyil. Unutmayın ki, bu amil də sizin büdcənizə mənfi təsir göstərir. Bu səbəbdən də istehlak kreditlərindən azad olmaq lazımdır.

5. Siz sığortalanmamısınız.

Həyatın və əmək qabiliyyətinin yığım (təhlükəli deyil) sığortası sizin üçün strateji maliyyə ehtiyatı rolunu oynaya bilər. Əgər sığortanız yoxdursa, o zaman fövqəladə vəziyyətdə sağlamlığınızı qorumağa dair alternativ planınız varmı?

6. 3 və ya 6 aylıq maddi ehtiyaclarınızı qarşılayacaq maliyyə ehtiyatınız yoxdur.

3 və ya 6 aylıq gəlirinizin həcmində olan depozit bir çox xoş olmayan halların, eləcə də fövqəladə vəziyyətlərin qarşısını almağa imkan vərəcək. Bunun nəticəsində bu tipli vəziyyətlərdə özünüzə daha çox inanacaq, risklərə başqa düşüncə ilə yanaşacaq və ümumiyyətlə bütün ətraf aləmə baxışınızı dəyişəcəksiniz.

7. Yalnız bir gəlir mənbəyiniz var.

İnsanın yalnız bir gəlir mənbəyi olduqda ondan asılılığı da böyük olur. Əgər siz tələb olunan mütəxəssissinizsə, o zaman bir gəlir mənbəyinizin olması sizin üçün faydalıdır. Bəs sözügedən əmək haqqını ala bilməyən dövlət qulluqçusu nə etsin? İşiniz olmadığı zaman necə davranacağınızı bilirsinizmi? Qeyd edək ki, bu zaman əlavə gəlir mənbələri hesabına qarşınıza çıxan çətinlikdən yaxa qurtara bilərsiniz.

8. 10-20 il sonraya aid dəqiq maliyyə planınız var.

10-20 il sonraya aid dəqiq maliyyə planınızın olması sizin maddi vəziyyətinizin normal olduğundan və yuxarıda qeyd olunan hallarla qarşılaşmadığınızdan xəbər verir.
 

ŞƏRH YAZIN