Savadlı Olun: İş Məktubları Necə Yazılmalı

0
2735
Savadlı Olun: İş Məktubları Necə Yazılmalı

Siz nə qədər də əvəz olunmaz və hörmətli əməkdaş olsanız da, məktubları elə yazmalısınız ki, sonradan üz qızardan hallar baş verməsin.

Məktubun mövzusu

Məktublarda bu əsas məqamlardan biridir. Bir kilometrlik izahatlara ehtiyac yoxdur. Qısa və lokanik olarsa, məktubunuz da tez bir zamanda oxunar.

Böyük fayllar

Məktublara böyük fayllar yükləməyin. Belə məktublar çox vaxt mail tərəfindən göndərilmir və ya qəbul edilmir. Virtual bokslar var onlar istifadə edə bilərsiniz.

Cümə günü

Məktubları cümə günün ikinci yarısında göndərmək yaxşı iş deyil. İstirahət günlərində heçkim məktub oxumaq istəmir və oxumur. Bazar ertəsi isə sizin məktubu spamlarla birlikdə zibil qutusuna atıla bilər.

Reply all (hərkəsə cavab yazmaq)

Əgər siz eyni zamanda bir neçə nəfərlə yazışırsınızsa, cavabı “Reply all” düyməsini basaraq hamıya eyni anda göndərin. Əks halda kimsə başa düşməyə bilər, lazımi cavablar alınmaya bilər.

Vacib

Hər göndərdiyiniz məktubu “vacib” kim qeyd etməyin, bunu edəndə diqqətli olun. Əks halda həqiqətən vacib olan məktubunuz bir gün oxunmaya da bilər.

Uzun yazışma

Eyni mövzü altında bir nəfərlə çox yazışmağa ehtiyac yoxdur. Bir sualı həll elədiniz – mövzunu bağlayın. Yeni məsələlər yarandı yeni mövzu altında yazışmağa başlayın. Belə yazışmalarınızı lazım gələrsə tez bir zamanda tapa bilərsiniz.

ŞƏRH YAZIN