Sizin Peşəniz Hansı Olmalıdır?

0
1979
Sizin Peşəniz Hansı Olmalıdır?

İnsanlar xasiyyətlərinə görə peşə seçsələr daha gözəl olmazmı? Məsələn, bəzi insanlar bir işin qulpundan yapışır amma elə xasiyyəti var ki, o xasiyyət o işdə uğur qazanmasına mane olur. Araşdırmalar nəticəsində məlum olub ki, xasiyyətcə sakit insanlar daha çox ünsiyyət bacarığı tələb edən işlərdə, aktiv həyat tərzini sevən insanlar isə passiv iş şəraitində özlərini narahat hiss edirlər. Nəticədə isə tez zamanda bu sahədəki karyeralarını yekunlaşdırır və yeni iş axtarışına başlayırlar. Siz də peşə seçimində bu cür problemlərlə qarşılaşmaq istəmirsinizsə, xasiyyətinizə uyğun olan peşələri seçməyə çalışın. İndi isə hansı xasiyyətli insanlara hansı peşələrin daha uyğun olduğuna diqqət yetirək.

Mütəxəssislərin sözlərinə görə, özünə qapalı insanlar daha çox proqram mütəxəssisi, mühasibatçı, aşbaz və bu kimi ünsiyətçilik qabiliyyəti tələb etməyən peşələrdə özlərini sınamalıdırlar.
 
Ünsiyyətçiliyi ilə seçilən insanlara isə pr meneceri, satış mütəxəssisi, insan qaynaqları ilə iş, jurnalist, turizm üzrə mütəxəssis və s. peşələr üzrə ixtisaslaşmaq tövsiyə edilir.
 
Eyni zamanda qayda-qanunlarla yaşamağı sevən insanlara bank işçisi, vəkil, mühasib, mühəndis kimi;
 
İnsanlara qarşı humanistliyi, fədakarlığı ilə seçilən şəxslərə müəllim, həkim, tibb bacısı kimi;
 
Yeniliyi sevən insanlara reklam mütəxəssisi, memar, qrafik tərtibatçı kimi;
 
Xüsusi qabiliyyəti olan, yaradıcılığı sevən insanlara isə aşbaz, reklamçı, yazar kimi peşələrdə ixtisaslaşmaq tövsiyə olunur.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN