Yaxşı Işi Necə Seçməli?

0
1707
Yaxşı Işi Necə Seçməli?

Axtarsan, 100-lərlə iş seçimi ilə qarşılaşarsan. Amma iş seçimə gəldikdə isə məsələ bir az çətinləşir. Düzgün işi necə seçməli? Əslində qərar vermək bir az zaman və vaxt tələb edəcək, ancaq səyləriniz yaxşı nəticə verəcək. Yaxşı iş seçimi etmək üçün bu 6 addımı izləyin:

1.Bir iş seçməmişdən əvvəl özünüzü tanıyın.
 
Dəyər, maraq və bacarıqlarınızı, bir sözlə, şəxsi xüsusiyyətlərinizi müəyyənləşdirməklə uyğun işi seçə bilərsiniz. Bunun üçün karyera testləri əla vasitədir. Bəzi insanlar karyera məsləhətçilərinə, mütəxəssislərə pul ödəyirlər. Buna imkanınız çatmırsa, internetdə pulsuz karyera testlərindən yararlana bilərsiniz.

2. İş siyahısı yaradın.
 
İş siyahınızda şəxsi xüsusiyyətlərinizə uyğun işləri nəzərdən keçirin. Siyahı yəqin ki, olduqca uzundur. Daha münasib olduğunu hesab etdiyiniz işləri dairəyə alın və onları seçib “Araşdırılmalı işlər” siyahısı yaradın. 
 
Siyahınızdakı işləri araşdırın. Siyahınızdakı hər iş üçün iş təsviri, təhsil, inkişaf imkanları, gəlir və digər tələblərə baxın. 

3. İnformasiya müsahibələri keçirin.
 
İndi yəqin ki, siyahınızda daha az iş qalmışdır. Daha çox informasiya toplamağa ehtiyacınız var. Bunun üçün maraqlandığınız işdə peşəkar biri ilə müsahibə apara bilər və ya real iş hekayələrini oxuya bilərsiniz.

4. Siyahını kiçiltməyə davam edin.
 
Araşdırmalarınıza əsasən, siyahıdan uyğun işləri seçin. Tələblərinizə və imkanlarınıza uyğun olmayan işlərin üzərindən xətt çəkin. 

5. Hədəflərinizi müəyyənləşdirin.
 
İndi isə davam etmək istədiyiniz bir işi seçin. İş tapa biləcəyiniz bir sahədə plan qurmağın və hədəflərinizi müəyyənləşdirməyin vaxtıdır.

6. İş fəaliyyəti planı yazın.
 
Artıq hədəfləriniz bəllidir. Onlara çatmağın yollarını tapıb plan hazırlamaq lazımdır. Bu plan yaxın və uzaq məqsədlərinizə çatmaqda sizin üçün bələdçi rolunu oynayacaq. Yeni işiniz üçün səylə çalışın. 

Yeni işiniz üçün səylə çalışmaq vaxtıdır. Yeni bacarıqlara yiyələnmək üçün kurslara yazılmaq, dərəcə qazanmaq və təcrübə toplamaq lazımdır.
 
Korrektor: Abdullazadə Sevinc 

ŞƏRH YAZIN