Yeni İş Həyəcanını Dəf Edin

0
1849
Yeni İş Həyəcanını Dəf Edin

Yeni bir işə başlayırsan, maraq, həyəcan və qorxu hissləri səni bürüyüb.Necə olacaq? Alınacaq mı? Görəsən, bacara biləcəm? Suallar beynində 4 dönür.Əgər bu yazını oxuyursansa,o zaman rahat ola bilərsən.Həyəcan və qorxunu dəf etməyin ən gözəl yolunu sizinlə bölüşəcəyik. 

Beləliklə,əvvəla sən bu iş üçün öncədən hazırlıq etməlisən.Bir də,hər hansı bir işə başlamazdan əvvəl,bizim qeyd etdiyimiz 5 sualı özüə vermiş olsan,uğurlu yola ilk addımı atmış olacaqsan.

Mənim hədəflərim və onlara çatmaq üçün bir planım varmı?
Belə bir deyim var: “Uğursuz hazırlanan plan, uğursuz plandır”.Bu deyim xüsusilə işə başlayan zaman xüsusi önəm daşıyır.Hara getmək istədiyiniz,orada nə edəcəyiniz barədə bir ideyanız olmadan, siz işə başlayan zaman bəzi müvəffəqiyyətsizliklər,məyusluq və stress kimi hallarla üzləşə bilərsiniz.

Məqsədə çatmaq üçün, etməli olduğunuz ən vacib addım edəcəyiniz işin maksimum və minimum və qədər müddətə başa çatacağını hesablayın.Öz məqsədinizi müəyyənləşdirin, vaxta uyğun planla çalışın.Bu sizə məqsədinizə çatmaqda kömək edəcək.Bu eyni zamanda sizə motivasiya da verəcək.
 
Mən hər hansı bir qayda pozuntusu olmadan planımı icra edə biləcəm?
Bu və ya digər işə başlamazdan öncə sizin nəzərə almalı olduğunuz bəzi qanunauyğunluqlar var.Bunlar aşağıdakılardır:
Sizin biznes strukturu (yeganə sahibkarlıq, tərəfdaşlıq, korporasiya, məhdud məsuliyyətli şirkət) müəyyən etməlidir;
Qeydiyyatdan keçməlisiniz;
Lisenziya və icazələr alınmalıdır;
Vergilər planlaşdırılmalıdır.
Mən işə başlamadan öncə bütün maliyyə məsələlərini düşünmüşəm?

Bir işə başladığınız zaman, düşünməli olduğunuz ən vacib məsələ puldur.Xüsusilə siz yeni bir iş qurursunuzsa, daha böyük başlanğıc xərcləri ilə qarşılaşacaqsınız.İşinizi maliyyəyə görə planlaşdırmayın, bunun üçün borc götürüb müəyyən addımlar ata bilərsiniz.Qazancınızın daha çox olmasını məqsəd kimi düşünün.
 
Mənim kifayət qədər dəstək şəbəkələrim varmı?

Biz müstəqil həyata başladığımız andan etibarən tamamilə az hallarda işlərimizi doğru şəkildə yerinə yetiririk.Hətta bu işin tək sahibi olmaq istəsəniz belə,kənardan sizə gələ biləcək bu və ya digər dəstək çox önəmli rol oynayır.Sizin dəstəkçiləriniz ailəniz, dostlarınız, həmkarlarınız, təlimçiləriniz, bir sözlə sizə kömək edə  biləcək hər kəs ola bilər.
 
Mənə iş sahibi olmaq üçün lazım olan hər bir şeyə sahibəm?

Uğurlu biznes sahibi olmaq üçün ilk öncə bəzi kiçik biznes xarakterlərinə malik olmaq vacibdir. Bunun üçün qəbul edilmiş xüsusi standartlar yoxdur.Yaxşı bir iş sahibi olmaq üçün ən vacib keyfiyyət riskləri gözə almaqdır.

Bu 5 sual həm də quracağınız iş üçün məqsədlərinizi müəyyən etməkdə motivasiya rolu oynayır.Nəticədə isə siz artıq bütün qorxu və həyəcanlarınızı dəf etmiş olacaqsınız.
 
Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN