Koç Kimdir?

0
2381
Koç Kimdir?

Koç, öz bilik və təcrübələrindən istifadə edərək, qarşısındakı insanın fərdi və professional inkişafına kömək edir. Bu ‘’həyat hikmətlərini’’ paylaşma arzusu hər bir koçun xarakterik xüsusiyyətidir. 

Koç, insanın etibarlı bir rəhbəridir, eyni zamanda yaxşı motivasiyaedici və nümunəvi bir insan modelidir.
 
Koç, özünə verilən bir sahədə bir insanın tam inkişafına səbrlə dəstək olan insandır. Koç insana rəhbərlik və müəllimlik edər. 
 
Həqiqətən yaxşı olan bir koç, bizim düşündüyümüzdən də yaxşı olduğumuzu düşündürər və bizə inandığını göstərər. Özümüzü daha yaxşı tanımağımıza kömək edər və biz bir dəfə nə qədər yaxşı olduğumuzu görsək, bundan da yaxşısını görmək üçün əlimizdən gələni edərik, ən yaxşıya çatana qədər.
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN