Koçlar Necə Faydalı Ola Bilər?

0
1719
Koçlar Necə Faydalı Ola Bilər?

 Koçlar bəyənmədiyiniz tərəflərinizi və köhnə vərdişlərinizi tərgitməyinizə, problemlərinizi, münaqişələrinizi həll etməyinizə kömək edərlər. Bunlarla yanaşı, Koçlar həyatınızın nizamlı, mənalı olmasına, sizin daha uğurlu və xoşbəxt olmağınıza, həyatdan nə istədiyiniz və öncəliklərinizi müəyyən etməyinizə, hədəflər qoymağınıza və hətta hədəfinizə çatmağınızı əngəlləyən maneələri görməyinizə yardımçı ola biləcəkləri kimi, özünüzü daha yaxşı tanımağınızı, güvənməyinizi, qabiliyyətlərinizin inkişaf etdirilməsini, yeni bacarıqlar qazanmanıza, yeni fürsətlər kəşf etməyinizə yardımçı ola bilərlər. 


Xidmət alacağınız yaxşı bir Koç xəyallarınıza bir anlam qatmağınızda, xəyallarınızı hədəfə çevirməyinizdə yol göstəricidir. Bu səyahətdə hərəkətə keçməyinizi və arzuladığınız nəticəyə çatmağınızı təmin edəcək. Bildiyiniz kimi, hərəkətə keçən insan yaşadığını hidd edəcək və bu dəyişikliyin nemətlərindən faydalanacaq. Və ən əsası, bu günü yaşamağı və gələcəyə inanmağı öyrənəcək. 

İnsanlar həyatlarında öz cəhd dəyişiklik etməyə qərar verdiklərində motivasiya olmaq, qərarlı durmaq və eyni istiqamətdə qalmaq zamanla çətin la bilər. İnsanı geridə durmaq məcburiyyətində buraxan vərdişləri tərgitmək olduqca çətin bir şeydir. Bir Koç ilə, hər atdığınız addımda sizi dəstəkləyən və arxanızda duran, sizə ilham verən, motivasiya edən, cəhdlərinizi ölçə bilən və həqiqəyən istədiyiniz şeyə doğru fokuslanmağınızı təmin edərək, bu fokusdan yayınmamağınızı təmin edən birinə sahib olarsınız. 

Demək olar ki, hər kəs koçluq xidmətindən faydalana bilər. Ancaq ən çox faydalana biləcək insanlar məqsədlərinə çatmaq üçün atacaqları addımlarda özlərinə söz verməyə hazır olan kəslərdir. Unutmayın ki, bu gün həyatlarınınz onsuz da mükəmməl olduğunu düşündüyünüz insanlar belə Koç ilə çalışa bilər. Bu kəslərin daha öncə heç nəzər yetirmədikləri sahələrə cəsarətlə daxil olmaq üçün resurslara və ya yuxarıda toxunduğum bir çox mövzuda ilhamlanmağa ehtiyacları ola bilər.

ŞƏRH YAZIN