Koçluq Və Mentorluq Nədir?

0
5618
Koçluq Və Mentorluq Nədir?

İnsan daim yaşadığı dünyanı və niyə var  olduğunu düşünməyə çalışır. Məhz  bunun nəticəsində bu günkü mənada qavramağa çalışdığımız elmlər meydana çıxmışdır. İnsanın əsrlər boyu hər zaman şəxsi və iş həyatında ona dostluq edəcək birisinə  ehtiyacı olub.

Koçluq nədir?
 
Koçluq “Coach” keçmiş fransız sözüdür, insanları bir yerdən başqa bir yerə daşıyan vasitə, “araba” mənasını daşıyır.
 
Koçluq iş həyatında və şəxsi həyatda daha çox nailiyyətlər, uğur qazanan və hədəfinə çatmaq üçün iddialı olanlarla çalışmaq üçün bir sənətdir. Koçluq hədəfə çatmaq üçün doğru addımı atıb, doğru zamanda hərəkətə keçməyi və hədəfinə çatmağı, haradan və necə başlamaqda yardım edir. İnsanın potensialını ortaya çıxardır və bu potensialdan hədəfə, uğura çatmaqda yararlanma yollarını araşdırır. İnsanlar Koçların yanına asanlıqla çata bilmədikləri hədəflərə asanlıqla çatmaq üçün gəlirlər. Koçlar  insanlara harada olmaq istədiklərini, uğur və hədəfə necə çata biləcəklərini tam olaraq anlamaqda və buna çatmaqda yardımçı olurlar. Koç insana öz sual və cavablarını tapmağı öyrədir, onların öz həyatlarını düzgün idarə etməkdə kömək edirlər.
 
Mentorluq nədir?
 
Mentor - ingiliscədən müdrik, ağıllı, məsləhət verə bilən anlamını verir. Mentor iş təcrübəsini bölə bilən, mentee isə az təcrübəsi olan adamdır.
 
Homerin yunan mifologiyası əsasında yazdığı  əsərində göstərir ki, Odissey Troya müharibəsinə gedərkən oğlu Telemaksı güvəndiyi dostu Mentora əmanət edir. Oğlunun təhsili və hər bir sahədə inkişafını ona həvalə edir. Beləliklə, yunan mifologiyasından qaynaqlanan mentor adı təhsil, yardımlaşmaya əsaslanan münasibət mənasını ifadə edir. Bu münasibətlərdə mentor öz zamanını, biliyini və qüvvəsini özündən daha az təcrübəyə malik olan insanın (mentee) uğuru və məhsuldarlığını yüksəltmək, lazım olan bilik və bacarıqlar əldə etməsi məqsədi ilə istifadə edir. Mentorluq - hədəflərinə çatmaq üçün çalışan insanların karyeralarında irəliləməsində, planlarının qurulmasında və həyata uğurla keçirilməsində dəstəyə ehtiyacı olanlar üçün önəmlidir.
 
 
Yaşam Koçu, NLS Təhsil və Psixologiya, 
Konsultasiya mərkəzinin direktoru
Ruhiyyə Rüstəmova
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN