Yaşam Koçluğu Nədir???

0
1871
Yaşam Koçluğu Nədir???

Yaşam Koçluğu ən sadə izahla xəyallarınızı planlara, planlarınızı da həqiqətə çevirməkdir.

 

Yaşam koçuyla edəcəyiniz işbirliyi qərarsız qaldığınız ya da sıxışdığınızı sandığınız məqamlarda sizi o nöqtədən çıxarmağa yönəlir. Bunu edərkən sizə yeni baxış bucaqları qazandırmaq kimi fərqli üsullardan istifadə edərlər. Beləliklə, heç fərqində olmadığınız ya da bu günə qədər istifadə etmədiyiniz güclərinizi ortaya çıxararaq həyatınıza yeni bir istiqamət verə bilərsiniz.


Yaşam Koçları necə çalışarlar?

Görüşlərdə sizin öncəliklərinizi nəzərə alaraq sizinlə birlikdə ortaq strategiya yaradarlar.

Niyə və nə üçün suallarını soruşmazlar. Keçmişə baxmazlar. Hal-hazırda olduğunuz nöqtədən çatmaq istədiyiniz nöqtəyə necə varacağınıza fokuslanarlar.


Yaşam Koçluğu kimlər üçündür?

Yaşam Koçluğu ağıl və ruh sağlamlığı yerində olub, həyatında gəldiyi nöqtədə özünü bədbəxt hiss edən, axtardığı istiqaməti tapa bilməyən ya da o istiqamətə doğru necə irəliləyəcəyini bilməyən kəslər üçündür.
 
Yaşam Koçluğunda Koçun doğruları deyil, sizin doğrularınız həyata keçirilir.
 
Edilən işbirliyinin məqsədi suallarla vəziyyətə yeni bucaqlardan baxmanızı, daha əvvəl fərqinə varmadığınız həll yollarını görməyinizi təmin etməkdir.


Yaşam Koçu kimdir?

Yaşam Koçu bir rəhbərdir. Hədəfə çatmağınız ancaq Koçla birlikdə yürüməyiniz, planlaşdırılan həftəlik tətbiqləri yerinə yetirməyinizlə mümkün olur.

ŞƏRH YAZIN