Zehni Koçluq idmançılara nə qazandırır?

0
1736
Zehni Koçluq idmançılara nə qazandırır?

 Bir idmançının uğuru onun fiziki və texniki məlumatlığından nə qədər asılıdırsa, zehni fəaliyyəti də bir o qədər önəmlidir. Müsabiqənin edildiyi yerin fiziki şərtləri; iqlim, səs-küy, işıq, tamaşaçı, rəqibin kim olduğu ya da idmançının o ankı duyğusal və zehni vəziyyəti idmançının performansına təsir edən faktorlar arasındadır. Müvəffəqiyyətli idmançılar bu şərtlərə baxmayaraq, ən yaxşı performansı zehni güclərindən təsirli bir şəkildə istifadə edərək sərgiləyə bilərlər. Zehni gücünü təsirli istifadə etmək, zehni bacarıqları artırmaq idmançıya müxtəlif metodlarla qazadırılan qabiliyyətlərdir. Dünya rekordlarına imza atan idmançılar davamlı zehni məşqlər edər, duyğu və düşüncələrini nəzarət etməyi həyatlarının bir parçası halına gətirərlər. Maneələri əvvəl zehinlərində məğlub edər, bütün güc və enerjini zehinlərində toplayar, hədəfə, müvəffəqiyyətə istiqamətləndirirlər. Bu gün Amerika, Rusiya, Avropa və Şərq ölkələrində bir çox idmançının zehni məşqlər etdiyi zehin Koçları var. Həvəskar və ya professional idmançılar, həvəskar və professional idman komandaları, idman məşqçiləri də Zehni Koçluq xidmətlərindən faydalanırlar.


Onlar birlikdə;

Öz-özünü motivasiya edə bilmək,
Müsabiqə əsnasında qarşılaşılan uğursuzluqlara, təhriklərə qarşı tədbirli olmaq,
Daha yüksək konsentrasiya, fokuslanma təmin etmək,
Duyğu idarəsi, təzyiq altında idarəli olmaq,
Qayğı və narahatlığın aradan qaldırmaq,
Zehində canlandırma texnikası,
Komanda zehni və komanda ruhu yaratmaq,
Müsabiqəylə əlaqədar meydana gəlmiş yanlış düşüncə qəliblərini və məhdudlaşdırıcı inancları dəyişdirmək,
Özünə inamı artırmaq,
İdmanda hədəf təyin etmək üzərində çalışarlar.

ŞƏRH YAZIN