Bacarıqsız Liderlərin Yol Verdikləri Səhvlər!

0
2362
Bacarıqsız Liderlərin Yol Verdikləri Səhvlər!

Çoxlarımızın qarşısına bacarıqlı və bacarıqsız bir çox lider çıxır. Bacarıqlı liderlərin əlbət ki, qarşılarına qoyduqları bir məqsəd, bir hədəf və özlərinə inamları var. Bəs hansı keyfiyyətlər qarşımızdakı insanı "Bacarıqsız Lider" adlandırmağa rəvac verir? Bunu indi biləcəyik:
 
1. Sən gündəlik iş planı və hesabat haqqında müdirini məlumatlandırmağa çalışırsan və o, bu haqda olan e-maillərə cavab vermirsə;   

2 .Yuxusuz gecələrin bahasına ərsəyə gələn təqdimat və ya yeni bir layihənin yaxşı və ya pis olduğunu, xüsusilə də, nə üçün pis olduğunu deməkdən imtina edirsə;   

3. Əgər 1 həftəyə ancaq həyata keçiriləcək çox çətin və məsuliyyətli bir işi bazar ertəsi verib,növbəti gün hazır olub-olmadığını tələb edirsə;   

4. Və həmin layihənin 1 gün ərzində hazırlanmasının mümkünsüz olduğunu qeyd etdikdə, cavab belə gözləmədən təkrarən “Niyə?" sualını verirsə;   

5. Situasiyadan asılı olmayaraq, hər zaman haqlı olduğunu iddia edirsə və mənasız yerə inadkarlıq edirsə;   

6. Əgər az da olsa, şəxsi həyatına yer vermirsə və daima işinə qapanıq halda çalışırsa;   

7. Əgər daima səni ruhdan salırsa və işləməyə həvəsləndirmirsə; Bu zaman sən bacarıqsız və "Lider" kimi görünməyə çalışan biri ilə vaxt itirirsən deməkdir.    

Bunu da qeyd etmək lazımdır ki, hər hansı bir işə baş vuran zaman müsahibə sonunda gələcək müdirinə aşağıdakı bir neçə sadə, amma önəmli olan sualı verməkdən çəkinmə..! 
 
1.Əgər sizə bacarıqlı lider necə olmalıdır sualını versəm, necə cavab verərdiniz? 
2. Sizi işinizdən kənar məşğul edən nələr vardır? 
 
Korrektor: Əhmədova Sevinc

ŞƏRH YAZIN