Liderlərin Etməsi Gərəkənlər

0
1270
Liderlərin Etməsi Gərəkənlər

Çalışın, dünyanızı daha yaxşı edəsiniz. 

Optimist olun. Həmişə özünüzə bir sual verin: “Bəs, əgər hər şey yaxşı alınarsa, onda necə?”

Öz qaydalarınızı ixtira edin və onlara görə yaşayın. İstənilən oyunda hamıdan yaxşı oynayan deyil, qaydaları müəyyən edən qalib gəlir.

Özünüzə və sizin arxanızca gələnlərə inanın.

İnsanları sevin. Düzdür, onların yarısı bunun cavabında sizə heç nə verməyəcək, amma qalan yarı sizə götürdüyündən 3 dəfə çox verməyə hazır olacaq.
 
Hər bir məsələdə hədəflər qoyun.

Özünüz şəraiti dəyişdirin, şəraitin sizə görə dəyişəcəyini gözləməyin.

Yumor hissiniz olsun. Dərs çıxara bilməyəcəyiniz, hər şeyə gülüşlə yanaşmaq olar.

Eksperimentlər edin. İstər öz üzərinizdə, istər ətrafınızdakı insanlarda, istər taleyinizdə. Məğlubiyyətlər yaddan çıxacaq, zəfərlər isə tarixə düşəcək.

Ümumi nailiyyətlər və ideyalara görə insanlara minnətdarlıq edin, onların bu əziyyətdə şərik olduğunu deməyi unutmayın. Hamıdan öndə getmək, bu liderliyin yalnız bir hissəsidir.

Özünüzə bir sual verin: “Necə daha çox öyrənə bilərəm?”. Sabah yalnız o zaman bu gündən daha yaxşı olacaq ki, siz sabah bu gün olduğunuzdan daha yaxşı olasınız. Ya daha sərt desək, əgər siz təkmilləşmirsinizsə, getdikcə daha betər və daha pis olursunuz.  

Öz bacarıqlarınızı bilin və həyatınızı onlar ətrafında qurun. Başqalarına öz bacarığını tapmaqda kömək olun.

Öz işinizin bir hissəsini insanlara etibar edin. Bütün işi özünə götürmək, hətta bütün pulları özünə saxlamaqdan da daha böyük günahdır.

Öz gününüzü planlaşdırın. Liderlər özləri öz gününü planlaşdırır Onlar hətta başqa insanlar üçün də planlar qururlar.

Eyni biliyə görə iki dəfə ödəməli olmayın. Kiminsə əvvəllər cavab tapmaq üçün ömrünü sərf etdiyi suallara siz də ömrünüzü sərf etməyin. Digər insanların ideyasını alın. Xəsislər heç də həmişə iki dəfə xərcə düşmür. Ən pis halda onlar cəmi bir dəfə ödəməli olur, amma nəticədə həyatları boşa gedir.

Liderlər həm geniş düşünməyi bacarır, hadisələrə qlobal yanaşır, həm də lazım olduqda xırdalıqlara qarşı da həssas olur, xüsusən də qırılma məqamlarında.

Liderlər qərarları düzgün qəbul edirlər. Adi insanın 10 qərar qəbul edəcəyi bir məqamda, lider 1 qərar qəbul edir. Lakin həmin qərara şübhə etmir. Deyirlər ki, liderlər gələcəyi görə bilir. Bu tam belə deyil, onlar gələcəyi görmür, onlar gələcəyi yaradırlar. Amma bu zaman nə edəcəklərini çox dəqiq bilirlər.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN