Məşhurlar Liderliklə Bağlı Nə Deyir?

0
2502
Məşhurlar Liderliklə Bağlı Nə Deyir?

Tarixi liderlər və onların dünyanı necə formalaşdırması hər birimizə maraqlıdır.Liderliklə bağlı 13 sitatı sizinlə bölüşürük.Ümid edirik ki,siz onlardan fayda götürəcəksiniz.
-Liderliyin vəzifəsi insanlara böyüklük etmək deyil,artıq mövcud olan böyüklüyü aşkara çıxartmaqdır.  Con Baken
-İdarə oluna bilən yolun arxasından getməyin,əvəzində yol olmayan yerdən gedin və iz buraxın.  Harold McAlindon
-Mən digərlərindən daha çox uzağı görürəmsə,bu nəhənglərin çiynində dayandığıma görədir.  İsaak Nyuton
-Mən olduqca sabit və dəyişməz prinsipləri olan insanam,bu prinsiplərdən birincisi isə budur ki, həmişə hər vəziyyətə uyğunlaşmağı bacarmaq lazımdır. Everett Dirksen
-Böyüklüyün qiyməti məsuliyyətdir.  Uinston Çörçill 
-Mən insanların ardınca getməliyəm.Mən onların lideri deyiləmmi?  Benjamin Disraeli    -Nümunə insanlara təsir göstərən əsas fakt deyil,yeganə faktdır.  Albert Şvitzer
-Liderlik və öyrənmə bir-birini zəruri edir.   Con F. Kennedi
-Liderin son sınağı öz inamını və əzmini davam etdirməsi üçün yerini digər bir insana verməkdir.   Valter Lippmən
-Əgər sizin hərəkətləriniz digərlərini daha çox xəyal qurmağa,daha çox öyrənməyə,işləməyə və daha yaxşı olmağa sövq edirsə,siz lidersiniz.   Con Qvins Adams
-Mən sizə uğurun formulunu verə bilmərəm,lakin mən sizə uğursuzluğun formulunu deyə bilərəm: Çalışın hər kəsi razı salın.   Herbert B. Svop
-Bugün uğurlu liderlik üçün əsas olan güc deyil,təsir etmədir.   Kennet Blankard
-Liderliyin əsas mahiyyəti odur ki,siz görmə bacarığına malik olmalısınız.Siz naməlum şeypuru çala bilməzsiniz.   Teodor M. Hesburg
-Yenilik lider və onun davamçıları arasında fərqlilik yaradır.  Stiv Cobs

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN